Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 8(057)-133/2023 30.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından QƏRARDAD SALYAN RAYON MƏHKƏMƏSİ Salyan rayonu İş № 8(057)-133/2023 xx.xx.2023-cü il Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru Nicat Mahmudovun təqdimatına Salyan Rayon Məhkəməsinin açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru Nicat Mahmudov Borclu məxsus «TOFASH SHAHİN» minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 715/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Borclu cəmi 795 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İcra sənədinin icraatına başlanılması barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmiş və qərarın surəti könüllü icra müddəti ərzində icra olunması üçün Borclu göndərilmişdir. Lakin borclu müəyyən edilmiş müddətdə icra sənədinin könüllü qaydada icrasını təmin etməmişdir. “Elektron İcra Xidməti” portalının borclu barədə sorğu məlumatından bəlli olmuşdur ki, Borclu məxsus «TOFASH SHAHİN» minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili qeydiyyata alınmışdır. Salyan rayon icra və probasiya şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Salyan rayon icra və probasiya şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidır. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-715/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Borclu cəmi 795 manat borc və 30 manat dövlət rüsumu məbləğində pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru Nicat Mahmudov tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra sənədi üzrə həmin tarixdə icraata başlanılmışdır. xx.xx.2023-cü il tarixli Borclu ünvanlanmış bildirişin surətindən görünür ki, borcluya 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İcra könüllü olaraq təmin edilmədikdə, borclu barəsində məcburi icra tədbirlərinin görülməsi, həmçinin icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişinin borcludan tutulacağı qeyd olunmuşdur. Məhkəmə avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla bağlı qeyd edir ki, icra məmuru təqdimatda qanunla nəzərdə tutulmuş zəruri icra hərəkətlərinin edilməsini göstərməklə təqdimatın təmin edilməsini xahiş etsə də, öz təqdimatını əsaslandırdığı halların mövcudluğunu təsdiq edən sübutları nə təqdimata əlavə etməmiş, nə də məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlı olduğu halda məhkəmə iclasında iştirak etməyərək təqdim etməmişdir. Belə ki, təqdimatda “Elektron İcra Xidməti” portalının borclu barədə sorğu məlumatından Borclu məxsus «TOFASH SHAHİN» minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyata alındığı qeyd olunsa da, bunu təsdiq edən hər hansı bir sənəd iş materiallarına əlavə olunmamışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Hazırki iş üzrə icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin borcluya təqdim edilməsinə dair hər hansı bir sübut, poçt sənədi, elektron kabinet və ya SMS vasitəsilə çatdırılmışdırsa, bunu təsdiq edən sübut mövcud deyildir və bu barədə heç bir əsaslandırma aparılmamışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən, borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar icra məmuru tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə uyğun olaraq əldə edilir və onların (olduqda) üzərinə bu Qanunun 45.7-ci maddəsinə uyğun olaraq icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulur. Həmin Məcəllənin 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Hazırki işin hallarından görünür ki, icra məmuru tərəfindən təqdimata icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra şöbəsi tərəfindən borcluya məxsus bank rekvizitlərinin, eləcə də, cari və hesablaşma hesablarının, vergi ödəyicisi kimi fəaliyyət göstərib göstərmədiyi barədə müxtəlif instansiyalara sorğuların olunması müəyyən edilməməklə, icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı bütün zəruri hərəkətlərin edildiyi qənaətinə gəlmək mümkün deyildir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən borclunun banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin olub-olmamasının müəyyənləşdirilməsinə yönəlmiş hərtərəfli icra hərəkətlərinin aparıldığı görünmür. Beləliklə, məhkəmə qeyd edir ki, hazırki iş üzrə borcluya məxsus avtomobilin olmasını sübut edən hər hansı bir sənəd iş materiallarına əlavə olunmamış, borclu onun barəsində icra sənədi üzrə icraatın olması ilə bağlı rəsmi qaydada xəbardar edilməmiş, borclunun banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitləri araşdırılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, «TOFASH SHAHİN» minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru Nicat Mahmudovun təqdimatı əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru Nicat Mahmudovun Borclu məxsus «TOFASH SHAHİN» minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №8(057)-133/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №8(057)-133/2023
30.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver