Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 8(057)-137/2023 30.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızını sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru Nicat Mahmudovun Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatına Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru Nicat Mahmudov Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsinin 2(057)–160/2023 saylı, xx.xx.2023–cü il tarixli icra sənədi üzrə Borclu 6794,64 manat pul vəsaiti və 87,35 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Borclu tələbi könüllü qaydada yerinə yetirməsi üçün bildiriş göndərilmiş, lakin o, tələbi könüllü qaydada təmin etməmişdir. Borclu icra sənədi üzrə tələbini yerinə yetirməkdən yayınmaq məqsədi olduğu və mütəmadi olaraq xaricə getməsi ehtimal olunur. Buna görə də icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalıdır. Salyan rayon icra və probasiya şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Salyan rayon icra və probasiya şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidır. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)–160/2023 saylı, xx.xx.2023–cü il tarixli icra sənədi üzrə Borclu 6794,64 manat pul vəsaiti və 87,35 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru Nicat Mahmudov tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra sənədi üzrə həmin tarixdə icraata başlanılmışdır. xx.xx.2023-cü il tarixli Borclu ünvanlanmış bildirişin surətindən görünür ki, borcluya 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İcra könüllü olaraq təmin edilmədikdə, borclu barəsində məcburi icra tədbirlərinin görülməsi, həmçinin icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişinin borcludan tutulacağı qeyd olunmuşdur. Məhkəmə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla bağlı qeyd edir ki, icra məmuru təqdimatda qanunla nəzərdə tutulmuş zəruri icra hərəkətlərinin edilməsini göstərməklə təqdimatın təmin edilməsini xahiş etsə də, öz təqdimatını əsaslandırdığı halların mövcudluğunu təsdiq edən sübutları nə təqdimata əlavə etməmiş, nə də məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlı olduğu halda məhkəmə iclasında iştirak etməyərək təqdim etməmişdir. Belə ki, təqdimatda borclunun icra sənədi üzrə tələbi yerinə yetirməkdən yayınmaq məqsədi olduğu qeyd edilsə də, bu faktı təsdiq edəcək hər hansı bir sübut, yəni icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsinin və onun bu tələbi yerinə yetirməkdən yayınmaq məqsədinin nədə ifadə olunduğu məhkəməyə təqdim olunmamaqla, məhz bu tədbirin görülməsinin zəruriliyi təqdimatda, ümumiyyətlə, əsaslandırılmamışdır. Bundan başqa, təqdimatda borclunun mütəmadi xaricə getməsinin ehtimal olunduğu qeyd edilsə də, bu faktı da təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Hazırki iş üzrə icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin borcluya təqdim edilməsinə dair hər hansı bir sübut, poçt sənədi, elektron kabinet və ya SMS vasitəsilə çatdırılmışdırsa, bunu təsdiq edən sübut mövcud deyildir və bu barədə heç bir əsaslandırma aparılmamışdır. Göründüyü kimi, qanunvericilik icra icraatı zamanı borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını bir sıra şərtlərin mövcudluğundan asılı etmişdir. Belə ki, icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi sübut edildikdə, icra məmurunun məhz bu halları əsaslandırdığı təqdimatı əsasında tətbiq edilə bilər. Əks təqdirdə, yəni icra məmurunun heç bir əsaslı səbəb göstərmədiyi, formal mülahizələrlə, icrası üçün məcburi icra tədbirlərinin tətbiq edilib-edilmədiyini əsaslandırmadığı, eləcə də, borclu tərəfindən üzrlü və ya üzrsüz səbəbdən icra edilib-edilmədiyi qeyri-müəyyən olan icra sənədi üzrə onun ölkədən getməsinə məhdudiyyət qoyulması vətəndaşın konstitusion hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını yoxlayır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən, icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli, borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən, onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlamalıdır. Bütün bu tədbirlər nəticə vermədiyi təqdirdə, təqdimatla məhkəməyə müraciət olunmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, hazırki iş üzrə borclunun tələbi yerinə yetirməkdən yayınmaq məqsədinin nədə ifadə olunduğu göstərilməmiş, borclunun mütəmadi xaricə getməsinin ehtimal olunduğunu təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim olunmamış, icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi səbəbləri müəyyənləşdirilməmiş, borclunun əmlakının axtarılması üçün bütün zəruri tədbirlər həyata keçirilməmiş, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını yoxlanılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Salyan rayon icra və probasiya şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Salyan rayon icra və probasiya şöbəsinin Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №8(057)-137/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №8(057)-137/2023
30.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver