Məhkəmə qərarları › İş №8(057)-146/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №8(057)-146/2023

13.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 8(057)-146/2023 13.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə Salyan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Vüqar Əliyev Borclu məcburi gətirilməsinə dair təqdimatına Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru Vüqar Əliyev Borclu məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 1016/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu cəmi 40030 manat pulun tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Salyan rayon icra və probasiya şöbəsinə daxil olmuş, müvafiq qərarla icraata başlanılmış və tələbin könüllü icrası ilə bağlı borclunun icra sənədində qeyd olunan ünvana bildiriş göndərilmişdir. Borclu tələbin icrası ilə bağlı ona göndərilmiş bildirişi almasına baxmayaraq nə icra sənədi üzrə müəyyən edilmiş tələbi tam təmin etmiş, nə də ki, icra məmurunun çağırışlarına gəlmişdir. Borclu xx.xx.2023-cü il tarixdə məcburi gətirilməsi barədə qərar qəbul olunaraq tərəflərə göndərilmiş lakin, borclu həmin qərardada məhəl qoymayaraq icra şöbəsinə gəlməmişdir. Göstərilənləri nəzərə alaraq və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84.2-ci maddələrinə əsasən, Salyan rayonu, Təzəkənd kəndində qeydiyyatda olan Borclu Salyan rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərarın qəbul edilməsini və həmin qərardadın icrasının Salyan rayon Polis Şöbəsinə həvalə edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Bununla belə, Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru Vüqar Əliyev xx.xx.2023-cü il tarixdə məktubla məhkəməyə müraciət edərək, təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə məktubu nəzərə alaraq hesab edir ki, təqdimat geri qaytarılmalıdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Salyan rayon icra və probasiya şöbəsinin Salyan Rayon Məhkəməsinin 2(057)- 1016/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu barəsində məcburi gətirilməsinə dair təqdimatı geri qaytarılsın. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar