Məhkəmə qərarları › İş №8(057)-149/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №8(057)-149/2023

13.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 8(057)-149/2023 13.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(057)-1082/2021 saylı icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan rayon İcra və Probasiya şöbəsinin icraatında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(057)-1082/2021 saylı icra vərəqəsinə əsasən, 02 uşağın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün, Borclu hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin alınıb Tələbkar verilməsi qərara alınmışdır. Qeyd olunan ıcra sənədi icra olunması üçün xx.xx.2021-ci il tarixdə Salyan rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və qanuna müvafi qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədinin könüllü icra olunması üçün Borclun rəsmi qaydada göndərilmiş, icra sənədində olan tələbi dərhal təmin edilməsi ondan tələb olunmuşdur. Lakin borclu tərəfindən icra sənədində olan tələbi dərhal təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi ilə bağlı “Elekton İcra” İnformasiya Sistemindən sorğular alınmış, lakın edilmiş sorğuların cavablarından müəyyən olmuşdur ki, borcluya məxsus tələbin yönəldiləsi əmlak və ona məxsus pul vəsaitləri qeydiyyata alınmamışdır. Borclunun icra sənədinin icrasından yayınmaq məqsədi ilə ölkəni tərk edə bilməsi ehtimal olunur. Borclunun icra sənədinin icrasından yayınaraq ölkəni tərk etməsinin qarşısının alınması məqsədi ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət yaranmışdır. Borclunun icra sənədini icra etməkdən yayınmaq məqsədi olduğu və Azərbaycan Respublikasının sərhədlərindən xaricə çıxmaq ehtimalı yaranmışdır. Göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.1.1-ci maddəsini rəhbər tutaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimata baxılması ilə bağlı məhkəmə iclasının vaxtı və yeri barədə təqdimat verən Salyan rayon İcra və Probasiya şöbəsinə, Borclu və Tələbkar müvafiq qaydada bildiriş göndərilmiş, lakin təqdimat verən şəxsin nümayəndəsi, borclu və tələbkar məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsinin tələbinə əsasən məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilən icraat materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. İcra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında məsələlərə icra məmurunun təqdimatı əsasında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya onun rədd olunması barədə qərardad çıxarır. Məhkəmə hesab edir ki, Borclu bu günə kimi öhdəsində olan aliment borcunu ödəmədiyinə və tələbkarın şikayətçi olduğuna görə, təqdimat əsaslı sayılaraq təmin edilməli və icra vərəqəsi üzrə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 264, 267, 268-269-cu maddələrinə əsasən məhkəmə Q Ə R A R A A L D İ: Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 təqdimatı təmin olunsun. Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(057)-1082/2021 saylı icra sənədi üzrə borclu xx.xx.1980-cı ildə anadan olmuş, Salyan rayonu, Seyidsadıqlı kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. SƏDRLİK EDƏN HAKİM AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar