Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 8(057)-155/2023 14.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə Salyan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Coşqun İsmayılov Borclu məcburi gətirilməsinə dair təqdimatına Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru Coşqun İsmayılov Borclu məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Salyan rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən veilmiş 8İ-8003 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu cəmi 2020 manat pulun tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Salyan rayon icra və probasiya şöbəsinə daxil olmuş, müvafiq qərarla icraata başlanılmış və tələbin könüllü icrası ilə bağlı borclunun icra sənədində qeyd olunan ünvana bildiriş göndərilmişdir. Borclu tələbin icrası ilə bağlı ona göndərilmiş bildirişi almasına baxmayaraq nə icra sənədi üzrə müəyyən edilmiş tələbi tam təmin etmiş, nə də ki, icra məmurunun çağırışlarına gəlmişdir. Borclu xx.xx.2023-cü il tarixdə məcburi gətirilməsi barədə qərar qəbul olunaraq tərəflərə göndərilmiş lakin, borclu həmin qərardada məhəl qoymayaraq icra şöbəsinə gəlməmişdir. Göstərilənləri nəzərə alaraq və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84.2-ci maddələrinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Salyan rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərarın qəbul edilməsini və həmin qərardadın icrasının Salyan rayon Polis Şöbəsinə həvalə edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Salyan rayon icra və probasiya şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Salyan rayon icra və probasiya şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göründüyü kimi, borclu barəsində məcburi gətirilmə tədbiri borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayındıqda tətbiq olunur. Ancaq təqdimata əlavə edilmiş sənədlərin surətlərindən borclunun icra məmurunun çağırışına üzrsüz səbəbdən gəlməməsi müəyyən olunmur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, borclunun icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınması müəyyən edilmədiyindən borclu barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq edilməsinə də zərurət yoxdur. Buna görə də təqdimat təmin edilməməlidir. Digər tərəfdən, icra məmurunun borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilməsi də təqdimata əlavə edilmiş sənədlərdən görünmür. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən, bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Salyan rayon icra və probasiya şöbəsinin - Salyan rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən veilmiş 8İ-8003 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu barəsində məcburi gətirilməsinə dair təqdimatı təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №8(057)-155/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №8(057)-155/2023
14.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver