Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 8(057)-24/2024 01.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Borclunə məxsus TOYOTA LAND CRUİSER LC 200 markalı **-PL-*** qeydiyyat nişanlı, MİTSUBİSHİ L 200 minik **- AA-*** qeydiyyat nişanlı və VAZ 21213 ” minik **-AA-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə təqdimatına Salyan Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Borclunə məxsus TOYOTA LAND CRUİSER LC 200 markalı **-PL-*** qeydiyyat nişanlı, MİTSUBİSHİ L 200 minik **- AA-*** qeydiyyat nişanlı və VAZ 21213 ” minik **-AA-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 618/2022 nömrəli, xx.xx.2022-ci il tarixli İcra sənədi üzrə Borclundən ümumilikdə 7.085 (yeddi min səksən beş) manat pulun tutularaq Tələbkar veriməlidir. İcra sənədinin icraatına başlanılması barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmiş və qərarın surəti könüllü qaydada icra olunması üçün Borclunə göndərilmişdir. Lakin, Borclu icra sənədinin icrasını könüllü qaydada təmin etməmişdir. Salyan rayon İcra və Probasiya Şöbəsinin "Elektron İcra Xidməti" portalının, borclu barədə sorğu məlumatından bəlli olmuşdur ki, Borclunə məxsus TOYOTA LAND CRUİSER LC 200 markalı **-PL-*** qeydiyyat nişanlı, MİTSUBİSHİ L 200 minik **-AA-*** qeydiyyat nişanlı və VAZ 21213 ” minik **-AA-*** qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyata alınmışdır. Hesab edirlər ki, icra sənədinin məcburi icrasını təmin etmək məqsədi ilə Borclunə məxsus olan nəqliyyat vasitələrnin üzərinə həbs qoyulmalıdır. Göstərilənləri nəzərə alaraq, “İcra Haqqında” Qanunun 45.6 və 50.2-ci “ maddələrini rəhbər tutaraq, Borclunə məxsus TOYOTA LAND CRUİSER LC 200 markalı **-PL-*** qeydiyyat nişanlı, MİİTSUBİSHİ L , 200 minik **-AA-*** qeydiyyat nişanlı və VAZ 21213 minik **-AA-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması və həmin avtonəqliyyat vasitələrinin DYP-nin mühafizə olunan dayanacağına yerləşdirilməsi məsələsinə baxılmasını xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə icra məmuru, tələbkar və borcluya bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və sübutları araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 618/2022 nömrəli, xx.xx.2022-ci il tarixli İcra sənədi üzrə Borclundən ümumilikdə 7.085 (yeddi min səksən beş) manat pulun tutularaq Tələbkar veriməsi qərara alınmışdır. İş materiallarında olan «Elektron icra» İnformasiya sistemindən əldə olunmuş sorğu məlumatı vərəqəsindən görünür ki, Borclunə məxsus TOYOTA LAND CRUİSER LC 200 markalı **-PL-*** qeydiyyat nişanlı, MİİTSUBİSHİ L, 200 minik **-AA-*** qeydiyyat nişanlı və VAZ 21213 minik **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. “İcra haqqında” AR Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmə qərardadı ilə qoyulur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatı təmin olunsun. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-618/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə Borclunə məxsus TOYOTA LAND CRUİSER LC 200 markalı **-PL-*** qeydiyyat nişanlı, MİİTSUBİSHİ L, 200 minik **-AA-*** qeydiyyat nişanlı və VAZ 21213 minik **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardad tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN HAKİM AĞARZA SƏMƏDOV
Məhkəmə qərarları › İş №8(057)-24/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №8(057)-24/2024
01.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver