Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 8(057)-25/2023 18.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X9 qızının katibliyi, Tələbkar X2, Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 iştirakı ilə, Salyan rayon İcra və Probasiya şöbəsinin icraatında olan Salyan Rayon Məhkəməsinin 2(057)-1314/2022 saylı 16 sentyabr 2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Coşqun İsmayılov tərəfindən verilmiş təqdimata Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Coşqun İsmayılov 05 aprel 2023-cü il tarixdə təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1314/2022 saylı 16 sentyabr 2022-ci il tarixli icra vərəqəsinə əsasən 24 sentyabr 2012-ci il təvəllüdlü X8 və 10 iyul 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ataları Borclu 25 may 2022-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi qərara alınmışdır. İş üzrə icraata başlanılmış və tələbin könüllü qaydada icra olunması üçün Borclu rəsmi bildiriş göndərilmişdir. Lakin Borclu öhdəsində olan aliment borcunu tələbkar X1 ödəməmişdir. Məcburi icra tədbirlərinə başlanılmış və Borclu məxsus əmlak və gəlirlərin müəyyən olunması üçün “Elektron icra informasiya sisteminə sorğu göndərilmişdir. Lakin Borclu məxsus üzərinə həbs qoyulası hər hansı əmlak və gəlir növü aşkar olunmamışdır. Bundan sonra da Borclu öhdəsində olan aliment borcunu tələbkar X1 ödəməmişdir. Borclu icra sənədini icra etməkdən yayınmaq məqsədi olduğu və Azərbaycan Respublikasının sərhədlərindən xaricə çıxmaq ehtimalı yaranmışdır. Göstərilən səbəblərdən borclunun icra sənədini icra etməkdən yayınmaq məqsədi olduğu və Azərbaycan Respublikasının sərhədlərindən xaricə getməsi ehtimal olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Borclu məhkəmə iclasına gəlməmişdir. Borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İcra məmuru Coşqun İsgəndərov borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxladığını, lakin ödəniş edilmədiyini, tələbkarın da borcunu tələb etdiyini nəzərə alınaraq təqdimatın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X6 bildirmişdir ki, Borclu hal-hazırda 2350 manat borcu var. Sonuncu dəfə aprel ayında, məhkəməd iclası barədə bildiriş gələndən sonra borclu 300 manat ödəniş etmişdir. Aliment borcunu tələb etdiyini bildirərək təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə İcra məmurunun və tələbkarın izahatını, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-1314/2022 saylı 16 sentyabr 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, 24 sentyabr 2012-ci il təvəllüdlü X8 və 10 iyul 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ataları Borclu 25 may 2022-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə xx.xx.2022-ci il tarixdə Borcluya təqdim edilmişdir. Borclu xx.xx.2022-ci il tarixli izahatından görünür ki, borclu borcunu ödəməkdən imtina etmədiyini, işləmədiyi üçün alimet borcunu ödəyə bilmədiyini göstərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfındən dərhal borclunun özünə, tələbkara və müvafıq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfındən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №8(057)-25/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №8(057)-25/2023
18.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver