Məhkəmə qərarları › İş №8(057)-27/2024

Salyan Rayon Məhkəməsi Qərardad — İş №8(057)-27/2024

05.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 8(057)-27/2024 05.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi Məhkəmə iclas katibi Asif Xanoğlan oğlu Zamanovun katibliyi ilə Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-1105/2019 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan rayon icra və probasiya şöbəsinin icraatında olan Şirvan Şəhər Məhkəməsinin 2- (032)-1105/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən icra sənədi üzrə cavabdeh Borclu xx.xx.2019-cu ildən başlayaraq hər ay 160 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Tələbkar verilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə icraatıma daxil olmuş və həmin tarixdə icraata başlanılaraq tələbin dərhal icrası barədə Borclu bildiriş göndərilmişdir. Borclu tələbin icrası ilə bağlı ona göndərilmiş bildirişləri almasına baxmayaraq nə icra sənədi üzrə müəyyən edilmiş tələbi təmin etmiş nə də ki, icra məmurunun çağırışlarına gəlmişdir. Borclu xx.xx.2024-cü il tarixdə məcburi gətirilməsi barədə qərar qəbul olunaraq tərəflərə göndərilmiş lakin, borclu həmin qərarada məhəl qoymayaraq İcra Şöbəsinə gəlməmişdir. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Hesab edirəm ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan, Borclu Salyan rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, icra məmuru, Borclu və tələbkarlar Tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə qeyd olunan şəxslərin məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, təqdimata əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Borclu icra məmurunun çağırışına gəlməmiş və bu səbəbdən icra məmuru haqlı olaraq onun məcburi qaydada gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-1105/2019 saylı icra sənədinə əsasən borclu Salyan rayonu, Quyçu kəndində qeydiyyatda olan Borclu Salyan rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilsin. Qərarın icrası Salyan Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar