Məhkəmə qərarları › İş №8(057)-360/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №8(057)-360/2025

17.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 8(057)-360/2025 17.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, X1 iştirakı ilə Salyan Rayon Məhkəməsinin 2(057)-590/2025 saylı, 10 iyul 2025-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Salyan Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli 2(057)-590/2025 saylı qətnaməsinin “qət etdi” hissəsində göstərilən uşağın təhvil alınıb-verildiyi yer olan cavabdehin yaşayış yeri ilə bağlı hissəsində cavabdehin faktiki daimi yaşayış yeri olan ünvan 5 olaraq və X6 verilən uşaqla ünsiyyətdə olmaq hüququ hər həftənin şənbə günü saat 12.00-dan 18.00-dək olan hissəsi 14.00-dan 20.00-dək olaraq qətnamənin icra üsulunun dəyişdirilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Salyan rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-590/2025 saylı qətnaməsi ilə iddiaçı X5 xx.xx.2021-ci il təvəllüdlü X9 ilə hər həftənin şənbə və bazar günü saat 12:00-dan 18:00-a qədər, o cümlədən uşağın doğum günü saat 10:00-dan saat 14:00-dək, həmçinin Yeni il və Novruz bayramı günlərinin bir günü saat 12:00-dan 18:00-a qədər ünsiyyətdə olmaq hüququ (görüş) verilməsi həmçinin ünsiyyət hüququnun təmin edilməsi üçün X9 şənbə və bazar günləri, Yeni il və Novruz bayramlarında saat 12:00-da, uşağın doğum günündə saat 10:00-da iddiaçı cavabdehin yaşayış yerindən uşağı təhvil alması, saat 18:00- da və uşağın doğum günü isə saat 14:00-da iddiaçı cavabdehin yaşayış yeri üzrə uşağı təhvil verilməsi, Maraqlı şəxs və digər şəxslər tərəfindən həmin hüququn həyata keçirilməsinə maneçilik törədilməsinə yönəlmiş hərəkətlər qadağan edilməsi qət edilmişdir və həmin qətnamə qanuni qüvəyyə minmişdir. Bu qətnamədə uşağın təhvil alındığı yer olaraq ünvan dəqiq göstərilməmişdir. Bu da qətnamənin icrası zamanı sui-istifadə hallarını artırır və icrada problemlər yaradır. Belə ki, bu qətnamənin verildiyi iş üzrə çıxarılmış xx.xx.2025-ci il tarixli e-16(057)-13/2025 saylı müvəqqəti təminat tədbiri qərarının icra vərəqəsindən görünür ki, uşağın təhvil alınıb verildiyi yer dəqiq ünvan -yəni, ünvan 1, sözügedən qətnamə ilə ona uşaqla ünsiyyətdə olmaq hüququnun verildiyi zaman kəsiyinin bir hissəsi olan hər həftənin şənbə günü 12.00-dan 18.00-dək hissənin onun tərəfindən texniki və üzürlü səbəblərdən icra edilməsi mümkün deyildir. Belə ki, iş materiallarından da görünür ki, o, musiqi müəllimidir və həftənin şənbə günü saat 13.30-dək rəsmi olaraq onun iş saatıdır. Bu səbədən qətnamənin həmin hissəsində ona verilən 06 saatlıq uşaqla ünsiyyətdə olmaq hüququ qətnamənin icra üsulu saat 14.00-dan 20.00-dək dəyişdirilməsi konstitusion hüququnun tam həyata keçirilməsinə münbit zəmin yaradır. Məhkəmə iclasında iştirak edən X2 ərizəni müdafiə edərək bildirmişdir ki, o, musiqi məktəbində müəllim işləyir, qətnamədə ünsiyyətin həyata keçirilməsi şənbə günü üçün müəyyən olunmuş saatlar onun üçün uyğun deyil, belə ki, həmin saatlar onun dərs saatına düşür, həm də yay aylarında həmin saatlarda hava isti olduğundan uşağı gəzdirə bilməyəcək. Buna görə də həmin saatların14.00-dan 20.00-dək dəyişdirilməsini istəyir. Bundan başqa, qətnamədə ünsiyyət hüququ ilə əlaqədar uşağın təhvil alınacağı konkret ünvan göstərilməmişdir. Bu da qarşı tərəfin sui-istifadəsinə səbəb olmaqla onun hüququnu pozur, ünsiyyət hüququnun həyata keçirilməsinə mane olur. Odur ki, uşağı təhvil alma yerinin cavabdehin faktiki daimi yaşayış yeri olan ünvan 5 olaraq müəyyən edilməsini tələb edir və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə və AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq, icra məmuru və borclu məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 232.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-590/2025 saylı, 10 iyul 2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, iddiaçı X5 xx.xx.2021-ci il təvəllüdlü X9 ilə hər həftənin şənbə və bazar günü saat 12:00-dan 18:00-a qədər, o cümlədən uşağın doğum günü saat 10:00-dan saat 14:00-dək, həmçinin Yeni il və Novruz bayramı günlərinin bir günü saat 12:00-dan 18:00-a qədər ünsiyyətdə olmaq hüququ (görüş) verilməsi, həmçinin ünsiyyət hüququnun təmin edilməsi üçün X9 şənbə və bazar günləri, Yeni il və Novruz bayramlarında saat 12:00-da, uşağın doğum günündə saat 10:00-da iddiaçının cavabdehin yaşayış yerindən uşağı təhvil alması, saat 18:00-da və uşağın doğum günü isə saat 14:00-da iddiaçının cavabdehin yaşayış yeri üzrə uşağı təhvil verməsi, Maraqlı şəxs və digər şəxslər tərəfindən həmin hüququn həyata keçirilməsinə maneçilik törədilməsinə yönəlmiş hərəkətlərin qadağan edilməsi qət edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-16(057)-13/2025 saylı qərardadı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə qüvvədən düşmüş hesab edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 16(057)-13/2025 saylı icra sənədindən görünür ki, hazırki iş üzrə Salyan Rayon Məhkəməsinin e-16(057)-13/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı qismən ləğv edilmiş, iş üzrə qətnamə qanuni qüvvəsini alanadək X1 azyaşlı uşağı olan xx.xx.2021-ci il təvəllüdlü X9 ilə ünsiyyət hüququ müəyyən edilmiş, ünsiyyət hüququnun təmin edilməsi üçün uşağın yaşayış yeri üzrə Salyan şəhəri, Ə.Quliyev küçəsi, bina 12, ev 41 ünvanından hər həftənin şənbə günü saat 14:00-da cavabdeh Maraqlı şəxs tərəfindən X2na, həmin gün saat 16:00-da isə eyni ünvanda, yəni Salyan şəhəri, Ə.Quliyev küçəsi, bina 12, ev 41 ünvanında X2 tərəfindən cavabdeh Maraqlı şəxs təhvil verilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Salyan Rayon Məhkəməsinin 2(057)-590/2025 saylı, 10 iyul 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı X5 xx.xx.2021-ci il təvəllüdlü X9 ilə hər həftənin şənbə və bazar günü saat 12:00-dan 18:00-a qədər, o cümlədən uşağın doğum günü saat 10:00-dan saat 14:00-dək, həmçinin Yeni il və Novruz bayramı günlərinin bir günü saat 12:00-dan 18:00-a qədər ünsiyyətdə olmaq hüququ (görüş) verilməsi, həmçinin ünsiyyət hüququnun təmin edilməsi üçün X9 şənbə və bazar günləri, Yeni il və Novruz bayramlarında saat 12:00-da, uşağın doğum günündə saat 10:00-da iddiaçının cavabdehin yaşayış yerindən uşağı təhvil alması, saat 18:00-da və uşağın doğum günü isə saat 14:00-da iddiaçının cavabdehin yaşayış yeri üzrə uşağı təhvil verməsi, Maraqlı şəxs və digər şəxslər tərəfindən həmin hüququn həyata keçirilməsinə maneçilik törədilməsinə yönəlmiş hərəkətlərin qadağan edilməsi qət edilmişdir. Ərizçi hər həftənin şənbə günü saat 12.00-dan 18.00-dək olan hissəsi 14.00-dan 20.00-dək olaraq dəyişdirilməsini, cavabdehin yaşayış yeri ilə bağlı hissəsində cavabdehin faktiki daimi yaşayış yeri olan ünvan 3 ünvanının müəyyən edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 3.1 və 3.2-ci yarımbəndləri əlavə edilmişdir. Qərarın 3.1-ci bəndinə əsasən məhkəmələr uşaqlardan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğunu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyini nəzərə almalıdırlar. Məhkəmələr iddianın predmetinə qiymət verərkən ünsiyyət hüququnun müəyyən edilməsini tələb edən valideynlə uşağın ünsiyyətdə olmasının sonucunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğu baxımından araşdırmalı, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olub-olmadığını müəyyən etməklə iddianı təmin və ya rədd etməlidirlər. İddiaçının qeyd edilən iddia tələbi ilə birgə verilən ünsiyyət qaydası və (və ya) üsuluna dair müraciətinə münasibətdə isə məhkəmələr bu Qərarın 2.2-ci bəndində göstərilənlərə uyğun qiymətləndirmə aparmaqla, təmin etdiyi hüququn icrası qaydası və (və ya) üsulunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən müəyyən etməlidirlər Qərarın 3.2-ci bəndinə əsasən bu Qərarın 3.1-ci bəndində göstərilənlər baxımından məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Salyan Rayon Məhkəməsinin 2(057)-590/2025 saylı, 10 iyul 2025-ci il tarixli qətnaməsinin icra üsulu və qaydası, iddiaçı X5 xx.xx.2021-ci il təvəllüdlü X9 ilə hər həftənin şənbə günü “saat 12:00-dan 18:00-a qədər ünsiyyətdə olmaq hüququ (görüş) verilməsi” hissəsi saat 14:00-dan 20:00-a qədər ünsiyyətdə olmaq hüququ (görüş) verilməsi kimi; iddiaçı X4 ünsiyyət hüququnun təmin edilməsi üçün X7 cavabdehin yaşayış yerindən -ünvan 4 ünvanından təhvil alması, iddiaçının cavabdehin yaşayış yeri ünvan 4 ünvanı üzrə uşağı təhvil verməsi kimi göstərilməlidir. Göstərilənlərə əsaslanaraq və MPM-in 231, 232, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Salyan Rayon Məhkəməsinin 2(057)-590/2025 saylı, 10 iyul 2025-ci il tarixli qətnaməsinin icra üsulu və qaydası dəyişdirilərək, iddiaçı X5 xx.xx.2021-ci il təvəllüdlü X9 ilə hər həftənin şənbə günü “saat 12:00-dan 18:00-a qədər ünsiyyətdə olmaq hüququ (görüş) verilməsi” hissəsi “saat 14:00-dan 20:00-a qədər ünsiyyətdə olmaq hüququ (görüş) verilməsi” kimi, həmçinin cavabdehin “yaşayış yeri”nə münasibətdə-iddiaçı X4 ünsiyyət hüququnun təmin edilməsi üçün azyaşlı uşağını cavabdehin yaşayış yerindənünvan 5 ünvanından təhvil alması, iddiaçının cavabdehin yaşayış yeri-ünvan 5 ünvanı üzrə uşağı təhvil verməsi kimi göstərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə X3 şikayət verilə bilər. Hakim: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar