Məhkəmə qərarları › İş №8(057)-38/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №8(057)-38/2023

22.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 8(057)-38/2023 22.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X10 Yaqub oğlunun sədrliyi X7 oğlunun katibliyi ilə Salyan rayon İcra və Probasiya Şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Salyan rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Salyan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(057)-1934/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 125 manat, cəmi- 250 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar X2 verilməsi qərara alınmışdır. İş üzrə dərhal icraata başlanılmış, tələbin könüllü icra olunması üçün Borclu rəsmi qərar, bildiriş göndərilmiş, lakin, buna baxmayaraq borclu hər hansı ödəniş etməmişdir. Borclu təqdimat verilən günə 2250 manat aliment borcu yaranmışdır. Əmlak sorğuları nəticəsində borclunun adına hər hansı əmlak növü aşkar olunmamışdır. Göstərilən səbəblərdən borclunun icra sənədini icra etməkdən yayınmaq məqsədi olduğu və Azərbaycan Respublikasının sərhədlərindən xaricə çıxmaq ehtimalı yaranmışdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.1.1-ci maddəsini rəhbər tutaraq Salyan rayonu Sarvan kəndində yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılması xahiş edilmişdir. Salyan rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin şöbənin rəisi Şirin Bayramov məhkəməyə ərizə göndərərək Şöbənin icraatında olan işlərin çoxluğu ilə əlaqədar məhkəmə baxışında icra məmurunun iştirakının təmin edilməsinin mümkün olmadığını göstərmiş, işə icra məmurunun iştirakı olmadan baxılmasını və təqdimatın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Borclu və tələbkar X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(057)- 1934/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, iş üzrə yekun məhkəmə qətnaməsi çıxarılanadək, müvəqqəti olaraq Borclu 28 oktyabr 2008-ci il təvəllüdlü X6 və 22 noyabr 2014-cü il təvəllüdlü X1 üçün 30 avqust 2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində alimentin tutulub, iddiaçı X2 verilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli 263421/03 saylı bildirişindən görünür ki, Borclu tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Beləliklə, məhkəmə hesab edir ki, Borclu icra sənədini vaxtında könüllü olaraq tam icra etmədiyindən həmin icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə onun Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1977-ci ildə anadan olmuş, Salyan rayonu Sarvan kəndində yaşayan Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Salyan rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar