Məhkəmə qərarları › İş №8(057)-43/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №8(057)-43/2023

13.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 8(057)-43/2023 13.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair verilmiş təqdimata məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin icraatında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-107/2022 saylı icra vərəqəsinə əsasən, Tələbkar ailəsi ilə birlikdə Borclu məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi 22 A saylı yaşayış binasının 1-ci girişi, 3-cü mərtəbəsində yerləşən, sahəsi 122 kv.metr olan 3 otaqlı 6 saylı mənzildən çıxarılmaları, Borclu ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi 22 A saylı yaşayış binasının 1-ci girişi, 3-cü mərtəbəsində yerləşən, sahəsi 122 kv.metr olan 3 otaqlı 6 saylı mənzilə köçürülmələri, Borclu mənzilin dəyəri üzrə 80000 ABŞ dolları icra vaxtı manatla olan məzənnə ilə, mənzilin təmiri xərci üzrə 12465 manat, dövlət rüsumu əvəzində 30 manat pul alınıb iddiaçı Tələbkar verilməsi, Borclu ekspertiza xərcinin dəyəri olan 100 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qərara alınmışdır. Borclu öhdəsində olan tələbi könüllü qaydada yerinə yetirməsi üçün rəsmi bildiriş göndərilmiş lakin borclu öhdəsində olan tələbi yerinə yetirməmişdir. Borclunun icra sənədini icra etməkdən yayınmaq məqsədi olduğu və Azərbaycan Respublikasının sərhədlərindən xaricə çıxmaq ehtimalı yaranmışdır. Göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.1.1-ci maddəsini rəhbər tutaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında icra məmuru X3 təqdimatın təmin olunmasını xahiş etmişdir. Təqdimata baxılması ilə bağlı məhkəmə iclasının vaxtı və yeri barədə borclu və tələbkara müvafiq qaydada bildiriş göndərilmiş, lakin borclu və tələbkar məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsinin tələbinə əsasən məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə icra məmuru X2 dinləyib, təqdimatı və ona əlavə edilən icraat materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. İcra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında məsələlərə icra məmurunun təqdimatı əsasında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya onun rədd olunması barədə qərardad çıxarır. Məhkəmə hesab edir ki, Borclu borcunu ödəmədiyinə və tələbkarın şikayətçi olduğuna görə, təqdimat əsaslı sayılaraq təmin edilməli və icra vərəqəsi üzrə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 264, 267, 268-269-cu maddələrinə əsasən məhkəmə Q Ə R A R A A L D İ: Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatı təmin olunsun. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-107/2022 saylı icra sənədi üzrə borclu xx.xx.1957-ci ildə anadan olmuş, Salyan rayonu Çuxanlı kəndində yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN HAKİM AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar