Məhkəmə qərarları › İş №8(057)-44/2024

Salyan Rayon Məhkəməsi Qərardad — İş №8(057)-44/2024

26.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 8(057)-44/2024 26.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə X1, borclu (ərizəçi) Borclu iştirakı ilə Borclu Salyan Rayon Məhkəməsinin i xx.xx.2023 il tarixli, 2(057)-1705/2023 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan Rayon Məhkəməsinin xx.xx.2023 il tarixli, 2(057)-1705/2023 saylı qətnaməsinə əsasən iddiaçı X2 məxsus mebellər-şifaner, taxt, termo, çəkməcəli şkaf, stol, 6 ədəd stul, divan, 2 ədəd kreslo, kamot, yatacaqlar, qab-qacaq, uşaq çarpayısı, xalçalar, paltaryuyan, tozsoran, soyuducu, mətbəx mebeli və sair xırda əşyalar X4 istifadəsində olan Salyan rayonu, Arbatan kəndində yerləşən anası X3 miras qalmış yaşayış evindən çıxarılmalıdır. Ərizəçi Borclu Salyan Rayon Məhkəməsinin xx.xx.2023 il tarixli, 2(057)-1705/2023 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi Borclu ərizəsini onunla əsaslandırmışdır ki, ona məxsus olan əşyaların tələbkarın istifadəsində olan evdən çıxarılması barədə qətnamə vardır. Hal-hazırda uşağının xəstə olması, özünün işsiz olması və başqa mülkiyyətinin olmaması səbəblərindən qətnaməni könüllü icra edə bilməmişdir. Ona görə də qətnamənin icrası ilə bağlı ona möhlət verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən ərizəçi Borclu bildirmişdir ki, qətnamənin icra olunması üçün üç ay vaxt istəyir. Uşaqlarının xəstə olduğunu, kirayədə qaldığını, yaşamağa başqa yerinin olmadığını qeyd edərək ona qətnamənin icrası üçün 3 ay vaxt verilməsini bir daha xahiş etmişdir. Məhkəmə iclasında izahat verən tələbkar X6 vaxt vermək istəmədiyini və qətnamənin icra olunmasını istədiyini bildirdi. Lakin əgər borclu 3 ay sonra evdən çıxacaqsa ərizənin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmədə elan olunmuş Salyan Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(057)-1429/2020 saylı qətnaməsinə əsasən iddiaçı X2 məxsus mebellər-şifaner, taxt, termo, çəkməcəli şkaf, stol, 6 ədəd stul, divan, 2 ədəd kreslo, kamot, yatacaqlar, qabqacaq, uşaq çarpayısı, xalçalar, paltaryuyan, tozsoran, soyuducu, mətbəx mebeli və sair xırda əşyalar X4 istifadəsində olan Salyan rayonu, Arbatan kəndində yerləşən anası X3 miras qalmış yaşayış evindən çıxarılmalıdır. Məhkəmə tərəfləri dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Hazırda qış mövsümünün olmasını nəzərə alaraq məhkəmə qətnamənin icrasına möhlət verilməklə ərizənin təmin olunmasını əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Yuxarıda qeyd olunan qanunun normasına görə məhkəmə qətnaməsinin icrasına möhlət verilərkən tələbkarında mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli 2 saylı qərarının 14-cü bəndinə əsasən qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə məhkəmə tələbkarın mənafəyini də nəzərə almalıdır. Göründüyü kimi həm Azərbaycan Respublikasının MPM-nin 231.1-ci maddəsi, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli 2 saylı qərarının 14-cü bəndi qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası haqqında məsələ həll edilərkən ilk növbədə tərəflərin əmlak vəziyyətini, xüsusilə də tələbkarın mənafeyinin nəzərə alınmasını nəzərdə tutur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protkollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Məhkəmə hazırki ərizənin baxılması ilə əlaqədar İnsan hüquqları üzrə Avropa Məhkəməsinin aşağıdakı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Hornşbi Yunanıstana qarşı işi üzrə 19 mart 1997-ci il tarixli qərarında xatırlatmsışdır ki, «Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Beləliklə bu hüquq işin məhkəmə tərəfindən araşdırılması hüququnu təsbit edir. Mülki işlər üzrə məhkəməyə iddia vermək bu hüququn bir cəhətini təşkil edir, Razılığa gələn Tərəfin hüquq sistemi qəti məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmasına imkan verdiyi halda bu hüquq xəyalı xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ədalətli, açıq və ağlabatan məhkəmə prosesinin tərəflərə təqdim etdiyi bütün prosessual təminatları dəqiqliklə nəzərdə tutulmasını və məhəkəmə qərarlarının icrası prosesini müdafiə etməməsini düşünmək ağlasığmaz olardı. Konvensiyanın 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimlənməsi kimi tərtib olunması Razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi Prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002ci i) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, «ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdılar ki, «İnsan hüquqularının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri, həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhəkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə ağlabatan müddət konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Qeyd edilənələrə əsasən məhkəmə tələbkarın hüquqlarının uzun müddət pozulmamasının qarşısını almaq və qətnamənin icrasına möhlət verilmə qətnamənin icrasına adekvat olmasını zəruri edən qısa müddət müəyyən edilməklə qətnamənin icrasına möhlət verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-1705/2023 saylı qətnaməsinin icrasına 26 may 2024-cü il tarixədək, üç ay müddətinə möhlət verilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində dayandırmaya aid olan hissədən Salyan Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar