Məhkəmə qərarları › İş №8(057)-45/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №8(057)-45/2023

27.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 8(057)-45/2023 27.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 iştirakı ilə Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(057)-254/2020 saylı və 04 oktyabr 2022-ci il tarixli 2(057)-1979/2022 saylı icra sənədlərinin icrası ilə bağlı icra məmurunun hərəkətsizliyindən X5 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan rayon İcra və Probasiya şöbəsinin icraatında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(057)-254/2020 saylı icra vərəqəsinə əsasən cavabdeh X3 500 manat və 20 manat dövlət rüsumunun və Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)-1979/2022 saylı icra sənədinə əsasən X4 123 manat və 7,40 manat dövlət rüsumunun alınaraq iddiaçı X7 verilməsi qərara alınmışdır. X1 məhkəməyə verdiyi şikayət ərizəsində hər iki icra sənədi üzrə icra məmurunun hərəkətsizliyindən şikayət etmişdir. X1 məhkəməyə ərizə ünvanlayaraq şikayət onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X6 şikayətə qarşı etiraz edərək bütün icra hərəkətlərini etdiyini, lakin qətnamələrin icrasının təmin olunmasının mümkün olmadığını bildirmişdir. Məhkəmə icra məmurunu dinlyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, şikayət təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində qeyd olunmuşdur ki, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. İpoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 26-cı maddəsində qeyd olunmuşdur ki, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 44.3. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Məhkəmə qeyd edlənələrə əsasən belə hesab edir ki, icra məmuru qanunvericiliyin tələblərinə əsasən icra sənədini 2 ay ərzində icra etməli olduğu halda buna əməl etməmişdir.Ona görə də onun hərəkətsizliyi qanunsuz hesab olunmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263,264, 267 və 268-ci maddələrinə əsasən məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(057)-254/2020 saylı və 04 oktyabr 2022-ci il tarixli 2(057)-1979/2022 saylı icra sənədlərinin icrası ilə bağlı icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilsin. Hər iki icra sənədinin qısa müddət ərzində icrasının təmin olunması Salyan Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN HAKİM AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar