Məhkəmə qərarları › İş №8(057)-47/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №8(057)-47/2023

27.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 8(057)-47/2023 27.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair verilmiş təqdimata məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin icraatında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-2181/2022 saylı icra vərəqəsinə əsasən, xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdeh Borclu hər ay 193 manat sabit pul şəkilində aliment alınaraq Məmmədova (Məlikova) Nuranə Samir qızına verilməsi qərara alınmışdır. İş üzrə icraata başlanılmış və tələbin tələbi könüllü qaydada yerinə yetirməsi üçün Borclu rəsmi bildiriş göndərilmişdir. Lakin borclu öhdəsində olan aliment pulunu mütamadi olaraq ödəmədiyi üçün onun bu günə 2316 manat aliment borcu yaranmışdır. Borclunun icra sənədini icra etməkdən yayınmaq məqsədi olduğu və Azərbaycan Respublikasının sərhədlərindən xaricə çıxmaq ehtimalı yaranmışdır. Göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.1.1-ci maddəsini rəhbər tutaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimata baxılması ilə bağlı məhkəmə iclasının vaxtı və yeri barədə təqdimat verən Salyan rayon İcra və Probasiya şöbəsinə, borcluya və tələbkara müvafiq qaydada bildiriş göndərilmiş, lakin onlar məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsinin tələbinə əsasən məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilən icraat materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. İcra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında məsələlərə icra məmurunun təqdimatı əsasında Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya onun rədd olunması barədə qərardad çıxarır. Məhkəmə hesab edir ki, Borclu aliment borcunu ödəmədiyinə və tələbkarın şikayətçi olduğuna görə, təqdimat əsaslı sayılaraq təmin edilməli və icra vərəqəsi üzrə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 264, 267, 268-269-cu maddələrinə əsasən məhkəmə Q Ə R A R A A L D İ: Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 təqdimatı təmin olunsun. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-2181/2022 saylı icra sənədi üzrə borclu xx.xx.1988-ci ildə anadan olmuş, Salyan rayonu Kürsəngi kəndində qeydiyyatda olmaqla yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar