Məhkəmə qərarları › İş №8(057)-50/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №8(057)-50/2023

07.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 8(057)-50/2023 07.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3666/2022- 007 saylı icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan rayon İcra və Probasiya şöbəsinin icraatında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3666/2022-007 saylı icra vərəqəsinə əsasən, 20000 manat əsas borc və 150 manat məbləğində dövlət rüsumu əvəzi olmaqla, cəmi 20150 manat məbləğində pul vəsaiti Borclu alınaraq Tələbkar ödənilməsi qərara alınmışdır. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixdə Salyan rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuba müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmişdir. Lakin borclu öhdəsində olan borcunu tələbka Tələbkar ödəməmişdir.Tərəflərindən məcburi icra tədbirlərinə başlanılmış və Borclu məxsus əmlak və gəlirlərin müəyyən olunması üçün «Elektron icra informasiya sistemində sorğu göndərilmişdir. Borclu məxsus üzərinə həbs qoyulası əmlak və gəlir növü aşkar olunmamışdır. Bundan sonra da, Borclu öhdəsində olan borcunu Tələbkar ödəməmişdir. Borclunun icra sənədini icra etməkdən yayınmaq məqsədi olduğu və Azərbaycan Respublikasının sərhədlərindən xaricə çıxmaq ehtimalı yaranmışdır. Göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.1.1-ci maddəsini rəhbər tutaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında böyük icra məmuru X3 təqdimatın təmin olunmasını xahiş etmişdir. Təqdimata baxılması ilə bağlı məhkəmə iclasının vaxtı və yeri barədə Borclu və tələbka Tələbkar müvafiq qaydada bildiriş göndərilmiş, lakin borclu və tələbkar məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsinin tələbinə əsasən məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə böyük icra məmuru X2 dinləyib, təqdimatı və ona əlavə edilən icraat materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. İcra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında məsələlərə icra məmurunun təqdimatı əsasında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya onun rədd olunması barədə qərardad çıxarır. Məhkəmə hesab edir ki, Borclu bu günə kimi öhdəsində olan aliment borcunu ödəmədiyinə və tələbkarın şikayətçi olduğuna görə, təqdimat əsaslı sayılaraq təmin edilməli və icra vərəqəsi üzrə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 264, 267, 268-269-cu maddələrinə əsasən məhkəmə Q Ə R A R A A L D İ: Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 təqdimatı təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3666/2022- 007 saylı icra sənədi üzrə borclu xx.xx.1991-ci ildə anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 13, mənzil 34-də qeydiyyatda olmaqla, Salyan rayonu, Arbatan kəndində yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN HAKİM AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar