Məhkəmə qərarları › İş №8(057)-54/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №8(057)-54/2023

17.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 8(057)-54/2023 17.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsinə dair ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(027)-1240/2012 saylı qətnaməsinə əsasən, X9 və X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 29 avqust 2012-ci il tarixdən başlayaraq hər ay 60 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində alimentin X3 tutularaq X5 verilməsi qərara alınmışdır. Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 2(027)-1240 saylı, 11 oktyabr 2012-ci il tarixli icra vərəqəsi üzrə Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10 təqdimatı təmin olunmuş, icra sənədinə əsasən X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. X2 rayon məhkəməsinə ərizə ilə verərək autizm xəstəsi olduğunu, hazırda səhhətinin ağır vəziyyətdə olmasını, əsaslı müayinə və müalicəyə ehtiyacı olduğunu, xəstəliyi ilə bağlı xarici ölkəyə getməli olduğunu qeyd edərək ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının bir aylıq götürülməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış X2 və tələbkar X8 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Ona görə də məhkəmə onun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Ona görə də məhkəmə onun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. «İcra haqqında» Qanunun 84-1.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. 84-1.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, məhkəmə borclunun ölkədən getmək hüququnu müvəqqəti məhdulaşdıra bilər. Zərurət qalxdıqdan sonra həmin məhdudlaşdırmanın götürülməsi mümkündür. Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması məhkəmə qətnaməsinin icrasına xidmət edir.Lakin borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərar 13 may 2013-cü ildə qəbul olunmuş və həmin məhdudiyyət uzun müddət qüvvədə olmuşdur. Hazırda həmin qərar artıq əhəmiyyətini itirmişdir.Ona görə də borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının üzərindən götürülməsi məqsədəuyğundur. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində qeyd olunmuşdur ki; İ. Hər kəsin azadlıq hüququ vardır. İİ. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. İİİ. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. İV. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. “X16 (X18) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair “ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 may 2017-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “İcra haqqında” Qanunda və Təlimatda borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması müddətinin nəzərdə tutulmaması ilə bağlı ərizəçi qeyd edir ki, belə məhdudlaşdırmanın qeyri-müəyyən müddət ərzində tətbiq edilməsi mütənasiblik prinsipini və müvafiq konstitusiya hüququnu pozur. Bu cür tənzimləmənin mövcudluğu məhdudiyyətin tətbiq edildiyi müddətdə onun mütənasiblik prinsipinə cavab verməsini təmin edə bilər. Borclunun ölkədən getmək hüququna məhdudiyyətin müəyyən müddət ərzində qoyulması "İnzibati icraat haqqında" Qanunun 17-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin maddənin məzmununa əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz vaxtı baxımından zəruri və yararlı olmalıdır. Məsələyə dair Avropa Məhkəməsinin mövqeyi ondan ibarətdir ki, dövlət orqanları şəxsin sərbəst hərəkət etmək hüququnu məhdudlaşdıran tədbirlərin əsaslı olub-olmadığını vaxtaşırı yoxlamadan uzun müddət ərzində tətbiq edə bilməz. Bu nəzarət, ən azından, son instansiyada məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə nəzarətinin hədləri məhkəməyə bütün amilləri, o cümlədən məhdudlaşdırıcı tədbirin mütənasibliyinə dair amili nəzərə almaq imkanı verməlidir (Vlasov və Benyaş Rusiyaya qarşı iş üzrə 20 sentyabr 2016-cı il tarixli Qərar, § 32). Məhkəmə Konstitusiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşaraq şəxsin üzərində onun ölkədən getmək hüququnun uzun müddətə məhdudlaşdırılması qanunvericiliyin tələblərinə zidd olduğu qənaətinə gəlir. Göründüyü kimi həmin məddudiyyət borclunun üzərinə 13 may 2013-cü il tarixdə qoyularaq artıq on ilə yaxın müddətdir ki davam edir.Odur ki, məhkəmə qeyd edilənələrə əsasən belə hesab edir ki, borclunun üzərindən göstərilən məhdudiyyətin götürülməsi məqsədəuyğundur. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 264, 267, 268-ci maddələrinə əsasən məhkəmə QƏRARAALDİ: X1 ərizəsi təmin olunsun. Salyan Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 8(057)-75/2013 qərardadı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(027)-1240/2012 saylı icra sənədi üzrə borclu xx.xx.1982-ci ildə anadan olmuş, Salyan şəhəri, H.Əliyev küçəsi,ev 122, mənzil 7də qeydiyyatda olan X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üzərindən götürülsün. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. SƏDRLİK EDƏN HAKİM Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar