Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 8(057)-62/2023 23.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi Məhkəmə iclas katibi Asif Xanoğlan oğlu Zamanovun katibliyi ilə Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqcusu X1 Salyan Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(057)-1572/2022 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan rayon icra və probasiya şöbəsinin icraatında olan Salyan Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(057)-1572/2022 saylı icra vərəqəsinə əsasən Borclu iki uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment alınaraq Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə Salyan rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş, müvafiq qərarla icraata başlanılmış və tələbin könüllü icrası ilə bağlı borclunun icra sənədində qeyd olunan ünvana bildiriş göndərilmişdir. Borclu tələbin icrası ilə bağlı ona göndərilmiş bildirişi almasına baxmayaraq icra sənəd üzrə müəyyən edilmiş tələbi tam təmin etməmiş nə də ki, icra məmurunun çağırışına gəlməmişdir. Borcluya öhdəsində olan borcunu ödəməməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Salyan rayon İcra və Probasiya şöbəsinə gəlməsi ilə bağlı xəbərdarlıq göndərilmiş lakin, borclu Salyan rayon İcra və Probasiya şöbəsinə gəlməmişdir. Göstərilən səbəblərdən icra sənədinin icrasında çətinliklər yaranmışdır. Göstərilənləri nəzərə alaraq və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84.2-ci və 84.3-cü maddələrinə əsasən Borclunın Salyan Rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, icra məmuru, Borclu və tələbkarlar Tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə qeyd olunan şəxslərin məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, təqdimata əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat təmin olunmalıdır. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Borclu icra məmurunun çağırışına gəlməmiş və bu səbəbdən icra məmuru haqlı olaraq onun məcburi qaydada gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Salyan Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(057)-1572/2022 saylı icra sənədinə əsasən borclu Salyan rayonu, Sarvan kəndində qeydiyyatda olan Borclu Salyan rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilsin. Qərarın icrası Salyan Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Qərardad müşavirə otağında komputerdə yazılmışdır. Sədrlik edən : Ağarza Səmədov
Məhkəmə qərarları › İş №8(057)-62/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №8(057)-62/2023
23.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver