Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 8(057)-66/2023 28.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi Məhkəmə iclas katibi Asif Xanoğlan oğlu Zamanovun katibliyi ilə Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqcusu X1 Salyan Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli, 2(057)-625/2019, 2(057)-2656/2019 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan rayon icra və probasiya şöbəsinin icraatında olan Salyan Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli, 2(057)-625/2019, 2(057)-2656/2019 saylı icra vərəqəsinə əsasən Borclu ümumilikdə 5142 manat tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2020-ci il tarixdə Salyan rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş, müvafiq qərarla icraata başlanılmış və tələbin könüllü icrası ilə bağlı borclunun icra sənədində qeyd olunan ünvana bildiriş göndərilmişdir. Borclu tələbin icrası ilə bağlı ona göndərilmiş bildirişi almasına baxmayaraq icra sənəd üzrə müəyyən edilmiş tələbi təmin etməmiş və icra məmurunun çağırışına gəlməmişdir. Borcluya öhdəsində olan borcunu ödəməməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Salyan rayon İcra və Probasiya şöbəsinə gəlməsi ilə bağlı xəbərdarlıq göndərilmiş lakin, borclu Salyan rayon İcra və Probasiya şöbəsinə gəlməmişdir.Göstərilən səbəblərdən icra sənədinin icrasında çətinliklər yaranmışdır. Göstərilənləri nəzərə alaraq və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84.2ci və 84.3-cü maddələrinə əsasən Borclunın Salyan Rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 bildirmişdir ki, Borclu tələbin icrası ilə bağlı ona göndərilmiş bildirişi almasına baxmayaraq icra sənəd üzrə müəyyən edilmiş tələbi təmin etməmiş və icra məmurunun çağırışına gəlməmişdir. Borcluya öhdəsində olan borcunu ödəməməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Salyan rayon İcra və Probasiya şöbəsinə gəlməsi ilə bağlı xəbərdarlıq göndərilmiş lakin, borclu Salyan rayon İcra və Probasiya şöbəsinə gəlməmişdir. Göstərilən səbəblərdən icra sənədinin icrasında çətinliklər yaranmışdır. Əlavə olaraq borclunun Salyan rayon İcra və Probasiya şöbəsinə çağırıldığını qeyd etsə də, bu barədə rəsmi sənəd göndərilməsinə dair məhkəməyə sübut təqdim edə bilməyəcəyni bidirmişdir. Məhkəmə iclasında borclu Abasov X2 Rayon Məhkəməsinin icra vərəqəsinə əsasən borcunu Tələbkar MMC-nin hesabına hissə-hissə ödədiyini və onun İcra və Probasiya şöbəsinə gəlməyi ilə bağlı icra məmurunun hər hansı bir məktubunu və ya bildirişini almadığıni, özünün kənd bələdiyyəsinin sədri vəzifəsində işlədiyini, işi ilə əlaqədar tez-tez rayon mərkəzinə gəldiyini, əgər onun icra şöbəsinə çağırıldığı halda dərhal şöbəyə gələ biləcəyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Tələbkar MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər.Məhkəmə tələbkarın “nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqcusu X1 və Borclu dinləyib təqdimatı və təqdimata əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat təmin olunmamalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, borclu çağırışla bağlı lazımi qaydada məlumatlandırılmamış və məhkəməyə çağrılması ilə bağlı ona hər hansı bir sənəd göndərilməmişdir.Borcu bələdiyyə sədri işləməklə daim rayon mərkəzinə gəlib getmiş və hüquq mühafiəz orqanları ilə əlaqə saxlamışdır. Şəxsin özü istənilən vaxt icra şöbəsinə gəlməsi aydın olduğu halda onun məcburi qaydada gətirilməsi qanunvericiliyin tələblərinə ziddir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqcusu X1 Salyan Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli, 2(057)-625/2019, 2(057)-2656/2019 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən : Ağarza Səmədov
Məhkəmə qərarları › İş №8(057)-66/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №8(057)-66/2023
28.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver