Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 8(057)-71/2023 08.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X4 qızının katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin böyük İcra məmuru X2 iştirakı ilə Salyan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(057)-137/2019 nömrəli, xx.xx.2019cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsinə dair Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 tərəfindən verilmiş təqdimata Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Borclu məcburi qaydada gətirilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 137/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi əsasında Borclu 16450,95 manat tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə icraatına daxil olmuş və tərəfindən həmin tarixdə icraata başlanılaraq tələbin könüllü icrası barədə Borclu bildiriş göndərilmişdir. Borclu tələbin icrası ilə bağlı ona göndərilmiş bildirişləri almasına baxmayaraq nə icra sənədi üzrə müəyyən edilmiş tələbi təmin etmiş nə də ki, icra məmurunun çağırışlarına gəlmişdir. Borclu öhdəsində olan borcunu ödəməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Salyan rayon İcra və Probasiya şöbəsinə gəlməsi ilə bağlı xəbərdarlıq göndərilmiş lakin, borclu Salyan rayon İcra və Probasiya şöbəsinə gəlməmişdir. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq, Salyan rayonu, İ Varlı kəndində qeydiyyatda olan Borclu Salyan rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsi və həmin qərarın icrasının Salyan Rayon Polis Şöbəsinə həvalə edilməsi məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Borclu və tələbkar "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Tələbkarın nümayəndəsi və borclunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən böyük icra məmuru X3 borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxladığını, borclunun ünvanına poçt vasitəsi ilə məktub göndərildiyini, lakin heç bir ödəniş edilmədiyini nəzərə alınaraq təqdimatın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə icra məmurunun izahatını, təqdimatı və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-137/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 1-ci müqavilə üzrə 8889,23 manat əsas borc, 2704,8 manat cərimə borcu, 2-ci müqavilə üzrə isə 2637,82 manat əsas borc, 2219,1 manat cərimə borcu, ümumilikdə 16450,95 manat pulun iddiaçı “MKT İK" MMC-nin xeyrinə verilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya təqdim edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Məhkəmə icra məmurunun izahatını dinləyərək, təqdimatı ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Salyan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(057)-137/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Salyan rayonu, İ Varlı kəndində yaşayan Əsədov X1 rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Salyan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(057)-137/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Salyan rayonu, İ Varlı kəndində yaşayan Əsədov X1 rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №8(057)-71/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №8(057)-71/2023
08.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver