Məhkəmə qərarları › İş №8(057)-74/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №8(057)-74/2023

30.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 8(057)-74/2023 30.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi Məhkəmə iclas katibi Asif Xanoğlan oğlu Zamanovun katibliyi ilə Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqcusu X1 Salyan Rayon Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(057)-3734/2017 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan rayon icra və probasiya şöbəsinin icraatında olan Salyan Rayon Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(057)-3734/2017 saylı icra vərəqəsinə əsasən Borclu 6688,81 manat əsas borcun, 3000 manat cərimə borcunun, ümumi 9688,81 manat pulun "xxxx"MMC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2018-ci il tarixdə Salyan rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş, müvafiq qərarla icraata başlanılmış və tələbin könüllü icrası ilə bağlı borclunun icra sənədində qeyd olunan ünvana bildiriş göndərilmişdir. Borclu tələbin icrası ilə bağlı ona göndərilmiş bildirişi almasına baxmayaraq icra sənəd üzrə müəyyən edilmiş tələbi təmin etməmiş nə də ki, icra məmurunun çağırışına gəlməmişdir. Borcluya öhdəsində olan borcunu ödəməməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Salyan rayon İcra və Probasiya şöbəsinə gəlməsi ilə bağlı xəbərdarlıq göndərilmiş lakin, borclu Salyan rayon İcra və Probasiya şöbəsinə gəlməmişdir. Göstərilən səbəblərdən icra sənədinin icrasında çətinliklər yaranmışdır. Göstərilənləri nəzərə alaraq və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84.2-ci və 84.3-cü maddələrinə əsasən Borclunın Salyan Rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, icra məmuru, Borclu və tələbkarlar "xxxx"MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə qeyd olunan şəxslərin məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, təqdimata əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, təqdimat təmin olunmalıdır. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Borclu icra məmurunun çağırışına gəlməmiş və bu səbəbdən icra məmuru haqlı olaraq onun məcburi qaydada gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Salyan Rayon Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(057)-3734/2017 saylı icra sənədinə əsasən borclu Salyan rayonu, Seyidlər kəndində qeydiyyatda olan Əzizov X2 rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilsin. Qərarın icrası Salyan Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Qərardad müşavirə otağında komputerdə yazılmışdır. Sədrlik edən : Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar