Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 8(057)-8/2024 22.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə X3 məhkəmə qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(057)-765/2023 saylı qətnaməsinə əsasən borcu X2 1700 manat pul və ödənilmiş dövlət rüsumu əvəzində 18,70 manatın alınıb Tələbkar verilməsi qət edilmişdir. X1 məhkəməyə verdiyi ərizəsində bildirmişdir ki, Salyan rayonu, Kolanı kəndində yaşayır. Salyan Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(057)-765/2023 saylı icra sənədinə əsasən ondan 1700 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzində 18,70 manat alınıb Tələbkar verilməsi qət edilmişdir. Hazırda isə icra məmuru ondan pulun bütövlüklə bağlanmasını tələb edir, maddi vəziyyəti aşağı səviyyədə olduğu üçün borcu birdəfəlik tam qaydada ödəyə bilmir. Heç yerdə işləmədiyi üçün, ona təyin olunmuş məbləği tam ödəmək iqdidarında deyildir və məhkəmə qətnaməsini icra etməkdən yayınmır.Ona görə də Salyan Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(057)- 765/2023 saylı qətnaməsinin hissə-hissə hər ay 100 manat ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində borclu, tələbkar və Salyan rayon İcra və Probasiya şöbəsi lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, borclu, tələbkar və Salyan rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişlər.Məhkəmə borclunun, tələbkarın və Salyan rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(057)-765/2023 saylı icra sənədinə əsasən borcu X2 1700 manat pul və ödənilmiş dövlət rüsumu əvəzində 18,70 manatın alınıb Tələbkar verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunun normasının məzmunundan göründüyü kimi, icra sənədinin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən məhkəmə tərəfindən ilk növbədə tərəflərin əmlak vəziyyətinin və borclu üçün əlverişli olmayan və icra sənədinin icrası üçün çətinlik yaradan müxtəlif halları nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan qanunun normasına görə qətnamə hissə-hissə icra olunarkən tələbkarında mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli 2 saylı qərarının 14-cü bəndinə əsasən qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə məhkəmə tələbkarın mənafəyini də nəzərə almalıdır. Göründüyü kimi həm Azərbaycan Respublikasının MPM-nin 231.1-ci maddəsi, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli 2 saylı qərarının 14-cü bəndi qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası haqqında məsələ həll edilərkən ilk növbədə tərəflərin əmlak vəziyyətini, xüsusilə də tələbkarın mənafeyinin nəzərə alınmasını nəzərdə tutur. Məhkəmə hesab edir ki, borclunun məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsinin təmin olunması uzun müddətdir ki, özünə məxsus olan pulu ala bilməyən tələbkarı bundan sonra da həmin pullara dair mülkiyyət hüququnu həyata keçirməklə bağlı qeyri müəyyən vəziyyətə salmış olar və tələbkarın Azərbaycan Respublikası Konstitusiyası və «İnsan Hüquqlarının və X4 haqqında» Avropa Konvensiyası ilə təsbit olunmuş mülkiyyət hüququnun pozulması və öz hüquqlarını reailizə etmək imkanından məhrum olunması ilə nəticələnmiş olardı. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X4 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və X4 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Prokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Məhkəmə hazırki ərizənin baxılması ilə əlaqədar İnsan hüquqları üzrə Avropa Məhkəməsinin aşağıdakı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yunanıstan Neft emalı zavodu “Stern” Yunanıstana qarşı” işində arbitraj qətnaməsini Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin müddəlarına müvafiq olaraq “Əmlak” hesab edilməsi qərarına gəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Hornşbi Yunanıstana qarşı işi üzrə 19 mart 1997-ci il tarixli qərarında xatırlatmsışdır ki, «Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Beləliklə bu hüquq işin məhkəmə tərəfindən araşdırılması hüququnu təsbit edir. Mülki işlər üzrə məhkəməyə iddia vermək bu hüququn bir cəhətini təşkil edir, Razılığa gələn Tərəfin hüquq sistemi qəti məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmasına imkan verdiyi halda bu hüquq xəyalı xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ədalətli, açıq və ağlabatan məhkəmə prosesinin tərəflərə təqdim etdiyi bütün prosessual təminatları dəqiqliklə nəzərdə tutulmasını və məhəkəmə qərarlarının icrası prosesini müdafiə etməməsini düşünmək ağlasığmaz olardı. Konvensiyanın 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimlənməsi kimi tərtib olunması Razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi Prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002ci i) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, borclunun Salyan Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(057)-765/2023 saylı qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsinin təmin olunması pulunu ala bilməyən tələbkara olan münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin və İnsan Hüquqularının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin və Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin tələblərinə zidd olmaqla, həmin maddələrin pozulması ilə nəticələnmiş olardı. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən ərizəçinin dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər X1nun ərizəsinin təmin edilməsi üçün əsas kimi qəbul edilə bilməz və ona görə də ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 Salyan Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(057)-765/2023 saylı qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin olunmasın. Qərardadın dayandırılmaya aid olan hissəsindən qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №8(057)-8/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №8(057)-8/2024
22.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver