Məhkəmə qərarları › İş №8(057)-9/2024

Salyan Rayon Məhkəməsi Qərardad — İş №8(057)-9/2024

22.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 8(057)-9/2024 22.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi Məhkəmə iclas katibi Asif Xanoğlan oğlu Zamanovun katibliyi Cavabdeh Borclu iştirakı ilə Salyan Rayon Məhkəməsinin 2(057)-103/2024 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin izah olunması barədə Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 ərizəsini və ərizəyə əlavə olunmuş sənədlərə Salyan Rayon Məhkəməsinədə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: xx.xx.2023-cü ildə Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 məhkəməyə verdiyi ərizəsində bildirmişdir ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu X1 mülkiyyətində olan Salyan şəhəri, Ə.Hüseynzadə küçəsində (yeni qaydalarla: AZ5200 Salyan şəhəri, Əlibəy Hüseynzadə küçəsi ev 112, ev3-cü döngə, ev 12) yerləşən fərdi yaşayış evinin 0,0166 ha. torpaq sahəsi ilə bağlı hərəkətlərinə qadağa qoyulması, X1 mülkiyyətində olan Borclu zəbt etdiyi 2m x 15 m olmaqla 30 kv.m torpaq sahəsi boşaldılaraq iddiaçı Tələbkar təhfil verilməsi qərara alınmışdır. Həmin icra sənədinin icra olunmasını təmin etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə təyin edilmiş ünvana baxış zamanı icra sənədi üzrə boşaldılacaq sahənin borclunun həyətinin bir hissəsinin olması, həmin hissədə müxtəlif tikililərin və asma tavanın olması müəyyən olunduğundan mübahisə yaranmışdır. Salyan Rayon Məhkəməsinin 2(057)-103/2024 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin izah olunması məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu bildrmişdir ki, icra vərəqəsində qeyd olunmuş torpaq sahəsində ona məxsus naves, su çəni və aşxana yerləşir və həmin tikililəri iddiaçı Tələbkar özü tikmiş və sonradan torpaq sahəsini ona satmışdır. Cavanşirin fikri ondan pul almaqdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış Tələbkar və Salyan Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsassız olduğundan təmin olunmamalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, qətnamənin icra olunmasına heç bir zərurət yoxdur.Qətnamədə ifadələr anlaşılan qaydada tərtib olunmuş, icra ilə bağlı yeni tələb meydana çıxdığı halda tələbkar iddia qaldırmalıdır.Odur ki, qətnamənin izah olunması barədə verilmiş ərizə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. 230.3. Qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. 230.4. Qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur. 230.5. Qətnamənin izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının MPM-nin 230,263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Salyan Rayon Məhkəməsinin 2(057)-103/2023 saylı, xx.xx.2023-cü il icra vərəqəsinin izah olunması barədə Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 ərizəsi əsassız olduğundan təmin edilməsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində dayandırmaya aid olan hissədən Salyan Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar