Məhkəmə qərarları › İş №8(057)-92/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №8(057)-92/2023

22.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 8(057)-92/2023 22.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Borclu iştirakı ilə Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il, 2(057)-809/2023 saylı icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan rayon İcra və Probasiya şöbəsinin icraatında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il, 2(057)-809/2023 saylı icra vərəqəsinə əsasən, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün və Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il, 2(057)-1412/2018 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, cavabdeh Borclu xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa 125 manat olmaqla, cəmi 250 manat məbləğində alimentin tutularaq Tələbkar verilməsi qərara alınmışdır. Qeyd olunan icra sənədi xx.xx.2019-cu il tarixdə Salyan rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmişdir. Lakin borclu öhdəsində olan borcunu Tələbkarna ödəməmişdir. Məcburi icra tədbirlərinə başlanılmış və Borclu məxsus əmlak və gəlirlərin müəyyən olunması üçün ”Elektron İcra İnformasiya Sistemi”nə sorğu göndərilmişdir. Borclu adına heçbir əmlak aşkar olunmamışdır. Bundan sonra da, Borclu öhdəsində olan borcunu Tələbkar ödəməmişdir. Borclunun icra sənədini icra etməkdən yayınmaq məqsədi olduğu və Azərbaycan Respublikasının sərhədlərindən xaricə çıxmaq ehtimalı yaranmışdır. Göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.1.1-ci maddəsini rəhbər tutaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Borclu əvvəllər işsiz olduğu üçün tələb olunan alimenti hər ay ödəyə bilməmişdir. Hazırda işləyir hər ay ödənilməli olan aliment onun əmək haqqından tuytulur və əlavə olaraq borcdan da 30 manat pul tutulur. Onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 təqdimatının təmin edilməsinə etiraz etmir. Təqdimata baxılması ilə bağlı məhkəmə iclasının vaxtı və yeri barədə təqdimat verən Salyan rayon İcra və Probasiya şöbəsinə və Tələbkar müvafiq qaydada bildiriş göndərilmiş, lakin təqdimat verən şəxsin nümayəndəsi, borclu və tələbkar məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsinin tələbinə əsasən məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilən icraat materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. İcra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında məsələlərə icra məmurunun təqdimatı əsasında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya onun rədd olunması barədə qərardad çıxarır. Məhkəmə hesab edir ki, Borclu bu günə kimi öhdəsində olan aliment borcunu ödəmədiyinə və tələbkarın şikayətçi olduğuna görə, təqdimat əsaslı sayılaraq təmin edilməli və icra vərəqəsi üzrə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 264, 267, 268-269-cu maddələrinə əsasən məhkəmə Q Ə R A R A A L D İ: Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 təqdimatı təmin olunsun. Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il, 2(057)-809/2023 saylı icra sənədi üzrə borclu xx.xx.1987-ci ildə anadan olmuş, Salyan şəhəri, A.Ağazadə küçəsi, ev 11, dalan 3-də qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. SƏDRLİK EDƏN HAKİM AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar