Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-101/2025 21.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X3 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-306/2023 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Samux rayon İcra və Probasiya şöbəsinin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru Rüfət Kazımovun təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu Azərbaycan Respublikasından digər ölkəyə getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Samux Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2(058)-306/2023 nömrəli icra sənədinə əsasən Borclu 7275.26 manat kredit borcu və 92.75 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Samux rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəlmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular edilmişdir. Borclu tələbkara məhkəmə qərarında göstərilən 7368.01 manat borcdan heç bir məbləğdə ödəniş etməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimata uyğun izahat verdi və məhkəmədən təqdimatın təmin edilməsini xahiş etdi. Tərəflər təqdimatın baxılması vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinin tələbinə əsasən təqdimata tərəflərin və təqdimat vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, tələbkarı dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki: - Samux Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli 2(058)-306/2023 nömrəli icra sənədinə əsasən Borclu 7275.26 manat kredit borcu və 92.75 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" ASC-nin ödənilməlidir. - İcra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. - Həmin qərar icra sənədi üzrə tələbin könüllü icrasına dair xx.xx.2023-cü il tarixli bildirişlə birlikdə borclunun ünvanında göndərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə hesab edir ki, Samux Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli 2(058)- 306/2023 nömrəli icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyindən, təqdimat təmin edilərək, xx.xx.1994-cü il tarixdə Samux rayonu, Çobanabdallı kəndində anadan olmuş Borclu ölkədən getmək hüququna müvəqqəti məhdudiyyət qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 266 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu xx.xx.1994-cü ildə Samux rayonu, Çobanabdallı kəndində anadan olmuş, Borclu ölkədən getmək hüququ müvəqqəti, yəni Samux Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(058)-306/2023 nömrəli icra sənədini tam icra edənədək məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №8(058)-101/2025
Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-101/2025
21.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver