Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-111/2023 06.11.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X5 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, Samux rayon icra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, Samux rayon İcra və probasiya şöbəsinin icra məmuru Şamxal Məmmədovun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Samux rayon İcra və probasiya şöbəsinin icra məmuru Şamxal Məmmədov Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3196/2022 nömrəli icra sənədinə əsasən Borclu 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi icra şöbəsinə daxil olmuş və tələbin könüllü icra edilməsi üçün borcluya 10 gün vaxt verilmişdir. Nəticə olaraq borclu tələbkara olan borcunun ödəməmişdir. Bundan əlavə ona borcun ödənilməsi ilə əlaqədar xəbərdarlıqlar edilməsinən baxmayaraq bu günə kimi borcunu qərəzli olaraq ödəməkdən boyun qaçırır. Belə ki, Borclu 2023-cü ilin oktyabr ayı da daxil olmaqla tələbkara 2900 manat məbləğində aliment borcu yaranmışdır. Bundan əlavə borclunun əmlakı hesabına tələbin ödənilməsi üçün müvafiq dövlət orqanlarında sorğular verilmiş, ancaq borclunun tələbin yönəldiləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. Borclu qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində məhkəmə qərarını icra etməmişdir. Ona görədə borclu barəsində məcburi icra tədbirləri həyata keçirilir. Məhkəmə iclasında təqdimat vermiş Samux rayon İcra və probasiya şöbəsinin icra məmuru Şamxal Məmmədov təqdimatin məzmumuna uyğun olaraq təqdimatın təmin edilməsini xahiş etdi. Borclu və tələbkar təqdimatın baxılması vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinin tələbinə əsasən təqdimata borclunun və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə təqdimatı və təqdimata əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84- 1-ci maddəsini rəhbər tutaraq borclu şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində olan təqdimata baxılmasını məhkəmədən xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. İş materiallarından görünür ki, icra sənədi xx.xx.2022-ci il tarixdə Samux rayonu İcra və probasiya şöbəsinə daxil olmuş və icraya yönəldilmişdir. İş materiallarından xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Borclu icra sənədini icra etməsi üçün xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə icra məmuru tərəfindən “elektron” sorğu edilmiş və borcluya məxsus daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3196/2022 nömrəli icra sənədinə əsasən Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İcra sənədinin vaxtında borclu tərəfindən könüllü icra edilməməsi, onun Azərbaycan Respublikası ərazisini tərk etmək ehtimalının olması və bunun nəticəsində icra sənədinin icrasız qalmasını nəzərə alaraq,məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədini tam icra edənədək məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84- 1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-3196/2022 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədini tam icra edənədək məhdudlaşdırılsın. Qərardaddan 10 gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №8(058)-111/2023
Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-111/2023
06.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver