Məhkəmə qərarları › İş №8(058)-115/2023

Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-115/2023

18.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-115/2023 18.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, X2 iştirakı ilə, İcra sənədi üzrə borclu X7 Samux Rayon Notariat ofisinin xx.xx.2022-ci il tarixli icra qeydinin hissə-hissə icra edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Samux Rayon Notariat ofisinin xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən ödəməli olduğu pulun hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İcra sənədi üzrə borclu X8 ərizəsini onunla əsaslandırmışdır ki, Samux Rayon Notariat ofisinin xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən ondan 8150 manat və ödənilmiş dövlət rüsumu alınaraq tələbkar X5 xeyrinə verilməsi qeyd edilmişdir. Lakin borcu birdəfəlik ödəməyə maddi imkanı yol vermir. Ona görə də, həmin borcun hissə-hissə ödənilməsinə dair qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X3 ərizəsində göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar və Samux Rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş Samux Rayon Notariat ofisinin xx.xx.2022-ci il tarixli icra qeydinin surətindən məlum olur ki, X5 xeyrinə X6 8150 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu tutulması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Əfəndiyeva Azərbaycana qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2007-ci tarixli Qərarında məhkəmə 55-ci bənddə xatırlatmışdır ki, “...iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik qəti qərarın tərəflərdən birinin zərərinə icra olunmamasına icazə versəydi, bu hüquq xəyali hüquq olaraq qalardı.” “...Məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Lakin, bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir”. Məhkəmə qeyd edir ki, hazırda X4 Rayon Notariat ofisinin xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən ödəməli olduğu borcun hissə-hissə icra olunmasını xahiş etsə də, qanunvericilikdə nəzərdə tutulmuş, qətnamənin hissə-hissə ödənilməsinə əsas ola biləcək halların olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Digər tərəfdən hazırda icrası gecikməkdə olan icra sənədinin bundan sonra hissə-hissə icra olunması icranın daha çox gecikməsi anlamına gəlir və həmin hal tələbkarın mənafelərinin pozulmasına gətirib çıxaracaqdır. Buna görə də ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Samux Rayon Notariat ofisinin xx.xx.2022-ci il tarixli icra qeydini hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar