Məhkəmə qərarları › İş №8(058)-117/2023

Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-117/2023

20.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-117/2023 20.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət oğlunun sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, Samux Rayon Məhkəməsinin 2(058)-696/2022 saylı, xx.xx.2022-ci il tarixli, Samux Rayon Notariat Ofisinin 4201 saylı, xx.xx.2022-ci il tarixli və Samux Rayon Məhkəməsinin 2(058)-413/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Samux Rayon Məhkəməsinin 2(058)-696/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 4736.07 manat kredit borcu və 71.37 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Samux Rayon Notariat Ofisinin 4201 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 392.41 manat kredit borcu və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Samux Rayon Məhkəməsinin 2(058)- 413/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 432 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-in xeyrinə ödənilməsi qət edilmişdir. Borclu xəbədarlıq edilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınır. Aparılmış icra tədbirləri nəticəsində Borclu adına tələbin yönəldilə biləcəyi daşınar və ya daşınmaz əmlak, bankda pul vəsaitləri, həmçinin pensiya və ya əmək haqqı aşkar edilməmişdir. Buna görə də borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra sənədi üzrə tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri tədiq edərək hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Təqdimata əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)-696/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Borclu 4736.07 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 71.37 manat pul alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş Samux Rayon Notariat Ofisinin 4201 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinin surətindən görünür ki, Borclu müddət üçün vaxtında ödənilməmiş 392.41 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 25 manat pul tutulub tələbkar "xxxx" ASC-nin xeyrinə verilməsi qeyd edilmişdir. Təqdimata əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)-413/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, Borclu 392.80 ödənilməmiş hissə, 39.20 manat cərimə, cəmi 432 manat və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-in xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu tələbin 10 gün müddətində könüllü icrası xahiş olunmuşdur. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, Borclu icra sənədilərini icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclular tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclularnun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə araşdırması zamanı Borclu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə və müvafiq icra qeydinə əsasən tələbkara ödəməli olduğu borclarından azad edilmədiyi, lakin borclunun icra sənədləri üzrə öhdəliklərini könüllü olaraq icra etmədiyi, görülmüş məcburi icra tədbirlərinin heç bir nəticə vermədiyi, borclunun tələbin yönələ biləcəyi əmlakının aşkar edilmədiyi müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Samux Rayon Məhkəməsinin 2(058)-696/2022 saylı, xx.xx.2022-ci il tarixli, Samux Rayon Notariat Ofisinin 4201 saylı, xx.xx.2022-ci il tarixli və Samux Rayon Məhkəməsinin 2(058)-413/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri icra olunanadək xx.xx.1996-cı il tarixdə Samux rayonunda doğulmuş və Samux rayonu Hacıalılı kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar