Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-131/2025 24.09.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X19 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Ərizəçi (tələbkar) X4, X3, Samux Rayon icra və Probasiya şöbəsinin icra məmuru X10 iştirakı ilə, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-677/2024 nömrəli qətnaməsi əsasında müəyyən edilmiş alimentin məbləğinin indeksasiya edilməsi barədə X4 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 üçün hər ay tutulan sabit pul məbləğində aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həddində indeksasiya olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-171/2023 nömrəli qətnaməsi ilə öhdəsində olan azyaşlı qızı X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Onun alimentin miqdarının artırılması tələbi ilə Samux Rayon Məhkəməsinə verdiyi iddia ərizəsi təmin olunmuş, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)- 677/2024 nömrəli qətnaməsi ilə öhdəsində olan azyaşlı qızı X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hazırda məhkəmə tərəfindən çıxarılmış və qətnamədə qeyd olunmuş aliment məbləğinin miqdarı uşağın tələbatının ödənilməsinə yetmir. Uşaq artıq böyüyərək 5 yaşına çatmışdır, hazırki günün tələbləri çərçivəsində 175 manat məbləğində alimentlə uşağın problemləri daha da artmışdır ki, o, təkbaşına həmin problemləri ödəmək iqtidarında deyil, onun alimentdən başqa gəlir mənbəyi yoxdur. Cavabdeh uşağın atası olduğunu sanki unutmuşdur, tələbatları ödəməkdə ona heç vaxt yardımçı olmamışdır. Buna görə də o, hər ay cavabdehdən tutulan sabit pul məbləğində aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həddində indeksasiya olunması barədə məhkəməyə ərizə ilə müraciət etmişdir . Məhkəmə iclasında iştirak edən ərizəçi (tələbkar) X8 ərizəyə uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən borclu X11 bildirdi ki, yeni ailə qurmuşdur, maddi imkanı zəifdir. Məhkəmədən ərizənin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Samux Rayon icra və Probasiya şöbəsinin icra məmuru X15 ərizə ilə bağlı qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə, iş üzrə toplanmış sənədləri araşdıraraq, ərizəçini, borclunu və icra məmurunu dinləyərək, hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-677/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, Samux Rayon Məhkəməsinin 2(058)-171/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 01 oktyabr 2020-ci il tarixdə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılmış, 01 oktyabr 2020-ci il tarixdə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin cavabdeh X6 tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixdə Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki X11 ilə X4 nikahı Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-171/2023 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. İşdə olan AA1647476 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 232.2-ci maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 345 manat həddində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Həmin qərarın 8.4-2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-nin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericiliklə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 misli təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Həmin qərarın “8.11-1-ci bəndinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.”; Məhkəmə hazırda indeksasiya edilməli olan alimentin Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-677/2024 nömrəli qətnaməsi ilə təyin olunmasını və minimum aylıq əmək haqqının məbləğinin 2024-cü il üçün 345 manat həddində müəyyən edilməsini nəzərə alaraq, hesab edir ki, ərizə təmin edilməli, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-677/2024 nömrəli qətnaməsinə əsasən tutulan aliment məbləği indeksasiya edilməli, məhkəməyə müraciət olunduğu xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2020-ci il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün X6 X4 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 232, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-677/2024 nömrəli nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunsun. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2020-ci il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün X6 X4 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №8(058)-131/2025
Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-131/2025
24.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver