Məhkəmə qərarları › İş №8(058)-132/2025

Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-132/2025

19.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-132/2025 19.09.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X4, X2 Samux Rayon İcra və probasiya şöbəsinin 19 avqust 2025-ci il tarixli qərarından vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Samux Rayon İcra probasiya şöbəsinin 19 avqust 2025 2024-ci il tarixli qərarı ilə Samux Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli e-2(058)-74/2025-057 nömrəli icra sənədinə xitam verilməsi qərara alınmışdır. X1 Rayon İcra probasiya şöbəsinin 19 avqust 2025-ci il tarixli nömrəli qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsini və yenidən icraya yönəldilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(058)-74/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Sonra Samux Rayon Məhkəməsinin e-2(058)-74/2025 nömrəli icra vərəqəsinə əsasən iş icra yönəlmişdir. İş icraatda olarkən onlar qarşılıqlı razılığa gələrək işin icraatına xitam verilməsini xahiş etmişdir. Onlar arasında olan razılıqların biri o olmuşdur ki, Gəncə Şəhər Məhkəməsinin qətnaməsi ilə tutulması qət edilən puldan X8 icra mərhələsində imtina edəcək. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2123/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə X5 iddiası təmin edilərək, qızı X3 60000 manat pul və 270 manat dövlət rüsumu alınaraq, iddiaçı X7 verilməsi qət edilmişdir. Onlar razılığa gəldiyi zaman həmin qətnamə qanuni qüvvəsini almamış və ona görə də ərizə verə bilməmişlər. Belə razılıqa gəlmişlər ki qızı apellyasiya şikayəti vermir, eyni zamanda iş icra mərhələsinə keçəndən sonra X8 icra orqanına ərizə verib icradan imtina edəcəkdir. Lakin qətnamə icraya gedəndən sonra X8 ərizə verməkdən imtina edir və pulu tələb edir. Samux rayon İcra və probasiya şöbəsinin rəisi X12 tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli qərarı ləğv edərək, işi təkrarən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını və şikayət ərizəsini nəzərdən keçirərək hesab edir ki, şikayət müddət keçdiyi üçün geri qaytarılmalıdır. Belə ki, Samux Rayon İcra və probasiya şöbəsindən xx.xx.2025-ci il tarixdə sorğu əsasında məhkəməyə daxil olmuş cavabda bildirilmişdir ki, Samux Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli e-2(058)-74/2025-057 nömrəli icra sənədi üzrə Samux Rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli xitam qərarı iş üzrə tələbkar X6 tərəfindən xx.xx.2025-ci il tarixdə alınmışdır. İş materiallarından görünür ki, Samux Rayon İcra və probasiya şöbəsinin 19 avqust 2025ci il tarixli qərarı X6 tərəfindən xx.xx.2025-cü il tarixdə imza etməklə qəbul edilmişdir. Samux Rayon İcra və probasiya şöbəsinin 19 avqust 2025-ci il tarixli nömrəli qərarı X6 tərəfindən xx.xx.2025-cü il tarixdə qəbul edilmiş, Xanım Nurəliyeva 17 sentyabr 2025-ci il tarixdə qərardan şikayət vermişdir. Göründüyü kimi X1 Rayon İcra və probasiya şöbəsinin 19 avqust 2025-ci il tarixli qərarından 10 gün şikayət vermə müddətini buraxmışdır. Göründüyü kimi Samux Rayon İcra və probasiya şöbəsinin 19 avqust 2025-ci il tarixli qərardan şikayət vermə müddətini faktiki olaraq 23 gün ötürmüşdür. Şikayətçi tərəfindən şikayət vermə müddətinin üzürlü səbəblərdən ötürülməsini təsdiq edən sübutlar şikayətə əlavə edilməmişdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən icraata xitam verilməsi barədə məhkəmənin qərardadı qanuni qüvvəyə mindikdən sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Göstərilən qərardad və icra məmuru tərəfindən müvafiq qeydlər edilmiş icra sənədi məhkəməyə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267.2 və 267.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər və şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Samux Rayon İcra və probasiya şöbəsinin 19 avqust 2025-ci il tarixli nömrəli qərarından X6 tərəfindən verilmiş şikayət müddət keçdiyi üçün geri qaytarılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Samux Rayon İcra və probasiya şöbəsinin 19 avqust 2025-ci il tarixli nömrəli qərarından X6 tərəfindən verilmiş şikayət müddət keçdiyi üçün geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar