Məhkəmə qərarları › İş №8(058)-145/2025

Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-145/2025

16.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-145/2025 16.10.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X5 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-505/2024 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Samux rayon İcra və Probasiya şöbəsinin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural İsmayılov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış Samux Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2(058)- 505/2024 nömrəli icra sənədinə Borclu xx.xx.2024-cü il tarixdən başlayaraq iki uşaq üçün hər ay cəmi 360 manat aliment alınaraq X3 xeyrinə verilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixində Samux rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəlmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmidir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84- 1-ci maddəsini rəhbər tutaraq, borclu, xx.xx.1991-ci il təvəllüdlü, Samux rayonu Ağasıbəyli kənd sakini, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimata uyğun izahat verdi və məhkəmədən təqdimatın təmin edilməsini xahiş etdi. Borclu və tələbkara təqdimatın baxılması vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinin tələbinə əsasən təqdimata borclu və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə icra məmurunu dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki: - Samux Rayon Məhkəməsi 2(058)-505/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə Borclu xx.xx.2024-cü il tarixdən başlayaraq iki uşaq üçün hər ay cəmi 360 manat aliment alınaraq X3 xeyrinə verilməsi qət edilmişdir. - İcra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. - Həmin qərar icra sənədi üzrə tələbin könüllü icrasına dair xx.xx.2024-cü il tarixli, 193083/2024-23-9-004 nömrəli bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Mülki Posessual Məcələnin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə hesab edir ki, Samux Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2(058)- 505/2024 nömrəli icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyindən, təqdimat təmin edilərək, xx.xx.1991-ci il tarixdə Samux rayonu, Ağasıbəyli kəndində anadan olmuş, Samux rayonu, Aşağı Ağasıbəyli kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququna müvəqqəti məhdudiyyət qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 266 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu xx.xx.1991-ci il tarixdə Samux rayonu, Ağasıbəyli kəndində anadan olmuş, Samux rayonu, Aşağı Ağasıbəyli kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti, yəni Samux Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2(058)-505/2024 nömrəli icra sənədini tam icra edənədək məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar