Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-15/2024 07.03.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, X1 iştrakı ilə, İcra sənədi üzrə borclu X4 Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-239/2023, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ödənilməli olan borcun hissə-hissə icra edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-239/2023, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ödəməli olduğu 10000 manat borcun hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İcra sənədi üzrə borclu X7 ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-239/2023, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 10000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu onun tərəfindən X5 xeyrinə ödənilməlidir. Hazırda onun 3807.90 manat məbləğində bank krediti mövcudur və hər ay əmək haqqından 160 manat banka ödəniş edir. Bundan əlavə istifadə etdiyi elektrik enerjisinə görə borclu olduğu üçün hər ay əmək haqqından 20-30 manat həmin ödənişi həyata keçirir. Həmçinin ailə üzvlərinin digər komunal xərclərini də o ödəyir. Odur ki, X6 ödəməli olduğu borcun hissə-hissə, yəni ayda əmək haqqından 20-30 manat məbləğində ödənilməsinə dair qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X2 ərizəsində göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar və Samux Rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3341/2023, xx.xx.2023-cü il tarixli qərarın surətindən məlum olur ki, cavabdeh X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2023-cü il tarixli, 2(104)-239/2023 nömrəli qətnaməsinin iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Əfəndiyeva Azərbaycana qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2007-ci tarixli Qərarında məhkəmə 55-ci bənddə xatırlatmışdır ki, “...iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik qəti qərarın tərəflərdən birinin zərərinə icra olunmamasına icazə versəydi, bu hüquq xəyali hüquq olaraq qalardı.” “...Məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Lakin, bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir”. Məhkəmə qeyd edir ki, hazırda X3 Apelliyasiya Məhkəməsinin 2(104)-239/2023, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ödəməli olduğu borcun hissə-hissə icra olunmasını xahiş etsə də, qanunvericilikdə nəzərdə tutulmuş, qətnamənin hissə-hissə ödənilməsinə əsas ola biləcək halların olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Digər tərəfdən hazırda icrası gecikməkdə olan icra sənədinin bundan sonra hissə-hissə, ərizəçinin ərizəsində göstərdiyi cuzi məbləğlər həcmində icra olunması icranın çox uzun müddətə gecikməsi anlamına gəlir və həmin hal tələbkarın mənafelərinin pozulmasına gətirib çıxaracaqdır. Buna görə də ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Gəncə Apelliyasiya Məhkəməsinin 2(104)-239/2023, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ödənilməli olan borcun hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №8(058)-15/2024
Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-15/2024
07.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver