Məhkəmə qərarları › İş №8(058)-16/2024

Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-16/2024

07.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-16/2024 07.03.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Borclu iştrakı ilə, Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş “əmlakın üzərinə həbs qoyulması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Samux Rayon İcra və Probasiya şöbəsinin rəisi X2 təqdimatla məhkəməyə müraciət edərək, Samux Rayon Məhkəməsinin 2(058)-1044/2023 saylı, xx.xx.2023-cü il tarixli və Samux Rayon Məhkəməsinin 2(058)-1033/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinə əsasən Borclu əmlakın üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Samux Rayon Məhkəməsinin 2(058)-1044/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 978 manat pul vəsaiti və 30.31 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə, həmin məhkəmənin 2(058)-1033/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 5819.39 manat pul vəsaiti və 78.19 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Hər iki icra sənədi şöbənin icraatına daxil olduqdan sonra, borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, borclu şöbəyə dəvət olunaraq, izahatı alınmış, qanun tələbləri izah edilmiş, lakin bu günki tarixədək borclu icra sənədləri üzrə borclarını könüllü ödəməmişdir. İcra tədbirləri zamanı borclunun əmlak və gəlirləri barədə sorğular edilmiş, borclunun heç bir yerdə işləməməsi müəyyən edilmiş, həmçinin borclunun əmlak vəziyyətinin yoxlanılması barədə qeydiyyatı üzrə yaşadığı ünvana gedilmiş, lakin tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Ancaq AR Ədliyyə Nazirliyi “Elektron İcra” İnformasiya Sistemində Borclu mülkiyyətində “VAZ 2101” markalı, 05BD002 dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmiş və nəzarətə götürülməsi üçün xx.xx.2023-cü il tarixli axtarış qərarı icra edilməsi üçün AR DİN BDYPİ X1 Şöbəsinə göndərilmişdir. Buna görə də icra sənədinin icrası ilə əlaqədar Borcluns məxsus “VAZ 2101” markalı, 05BD002 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatın təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra sənədi üzrə tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri tədiq edərək hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Təqdimata əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)-1044/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, Borclu xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən HOFFMAN kondisioner üçün 937,2 manat ödənilməmiş hissə, 40,8 manat cərimə, cəmi 978 (doqquz yüz yetmiş səkkiz) manat və ödənilmiş 30,31 manat dövlət rüsumu "xxxx" MMC-nə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu tələbin 10 gün müddətində könüllü icrası xahiş olunmuşdur. İş materiallarında olan Samux Rayon Məhkəməsinin 2(058)-1033/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, Borclu əsas borc üzrə 5086.87 manat, faiz borc üzrə 732.52 manat, cəmi 5819.39 manat və ödənilmiş 78.19 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu tələbin 10 gün müddətində könüllü icrası xahiş olunmuşdur. İş materiallarında olan müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğular və onun əsasında verilmiş cavabdan görünür ki, borclunun “VAZ 2101” minik markalı, 05BD002 dövlət qeydiyyat nişanlı avtomobilinin olması məlum olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə hesab edir ki, icra vərəqəsinin icrasını təmin etmək üçün təqdimat təmin edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan “VAZ 2101” minik markalı, 05BD002 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar