Məhkəmə qərarları › İş №8(058)-17/2025

Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-17/2025

19.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-17/2025 19.03.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək, Samux Rayon Məhkəməsinin 2(058)-120/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Samux Rayon, Sərkar kənd sakini, xx.xx.1978-ci il tarixdə doğulmuş Borclu Samux Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Samux Rayon Məhkəməsinin 2(058)-120/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 450 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X6 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1i ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.3cü maddəsinə əsasən həmin qanunun 84.2- ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən qərar xx.xx.2025-ci il tarixdə tərəfimizdən qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə əsasən Borclu məcburi qaydada Samux Rayon İcra və Probasiya Şöbəsinə gətirilməsinə dair qərar çıxarılması xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Təqdimata əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)-120/2024 saylı, xx.xx.2024cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş. Cavabdeh Borclu Samux rayonunda X3 doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 atası olması müəyyən edilmiş. xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün sabit pul məbəği ilə 150 (yüz əlli) manat cəmi 450 (dörd yüz əlil) manat aliment cavabdeh Borclu tutularaq iddiaçı X7 ödənilsin. Alimentin tutulmasının əvvəli 28 noyabr 2023-cü il tarixdən hesablanmaqla, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilmiş və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan sənədlər: xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu tələbin 10 gün müddətində könüllü icrası xahiş olunmuşdur. Samux Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərarından görünür ki, Samux Rayon, Sərkar kənd sakini, Borclu məcburi qaydada Samux Rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İcra haqqında “Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsin əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə getməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 268, 395, 396-cı maddələrini və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1978-ci ildə Samux rayonun Sərkar kəndində doğulmuş, Samux rayonu Sərkar kəndində qeydiyyatda olan Borclu Samux Rayon Məhkəməsinin 2(058)-120/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Samux rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Samux Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar