Məhkəmə qərarları › İş №8(058)-171/2025

Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-171/2025

24.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-171/2025 24.12.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məmmədova Sevinc İsa qızının katibliyi, müvafiq mülki iş üzrə iddiaçı Tələbkar və cavabdeh Borclu iştirakları ilə, Tələbkar “qətnamənin izah edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Müvafiq mülki iş üzrə iddiaçı Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-18/2024 saylı qətnaməsinin izah edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, cavabdeh Borclu qarşı iddia tələbi ilə məhkəməyə müraeiət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyət hüququ ilə ona məxsus olan və Samux şəhərində yerləşən 0,1112 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdehin qanunsuz inşa etdiyi tikilinin cavabdehin hesabına sökülməsi, cavabdehin həmin tikinti materialları ilə birlikdə ona məxsus torpaq sahəsindən çıxarılması, həmçinin cavabdeh tərəfindən ona vurulmuş maddi ziynın əvəzi olaraq 2000 manat, mənəvi ziyanın əvəzi olaraq 500 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Samux Rayon Məhkəməsinin 2(058)-18/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Borclu hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reysterindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tələbkar mülkiyyətində olan. Samux şəhərində yerləşən 0.1112 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0725 ha hissəsinin üzərində cavabdeh tərəfindən inşa edilmiş tikili cavabdehin vəsaiti hesabına sökülsün, həmin tikinti materialları, həmçinin cavabdeh həmin toıpaq sahəsindən çıxarılması, iddia q|alan hissədə təmin edilməməsi qət edilmişdir. Lakin qətnamədə qət etdi hissəsində müəyyən anlaşılmazdıqlar yaranıb ki, oda ondan ibarətdir ki, qətnamənin qət etdi hissəsində cavabdehin ona aid hansı toıpaq hissəsində çıxarılması qeyri-müəyyənlik yaranmışdır. Odur ki, qətnaməyə izah verilməsinə zərurət yaranır, Samux Rayon Məhkəməsinin 2(058)-l8/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsində iddianın təmin olunmuş hissəsində cavabdeh Borclu Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tələbkar mülkiyyətində olan. Samux şəhərində yerləşən 0.1112 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən hansı hissədə çıxarılması barədə qətnaməyə izah verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müvafiq mülki iş üzrə iddiaçı Tələbkar ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müvafiq mülki iş üzrə cavabdeh Borclu Samux Rayon Məhkəməsinin 2(058)-18/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə izah verilməsinə etirazının olmadığını bildirdi. İş materiallarında olan Samux Rayon Məhkəməsinin 2(058)-18/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdeh Borclu Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tələbkar mülkiyyətində olan, Samux şəhərində yerləşən 0.1112 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0725 ha hissəsinin üzərində cavabdeh tərəfindən inşa edilmiş tikili cavabdehin vəsaiti hesabına sökülməsi, həmin tikinti materiallarının, həmçinin cavabdehin həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. İş materiallarında olan Samux Rayon İcra və Probasiya Şöbəsinin məhkəmənin müvafiq sorğusuna əsasən vermiş olduğu cavab məktubundan görünür ki, Samux Rayon Məhkəməsinin 2(058)-18/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi, Borclu mübahisəli tikintini sökməkdən imtina etmiş və həyat yoldaşı Yalçın adlı şəxslə birlikdə söküntü işlərininə maneə olmuşdur. Borclunun qərəzliliyi səbəbindən icra sənədi üzrə icraat tamamlanmamış və sənəd icrasız qalmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməli, Samux Rayon Məhkəməsinin 2(058)-18/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə müvafiq izah verilməlidir. Belə ki, ərizəçi, yəni müvafiq mülki iş üzrə iddiaçı məhkəmənin müvafiq qətnaməsində cavabdehin iddia tələbində (qətnamədə) sözügedən torpaq sahəsinin hansı hissəsindən çıxarılmalı olduğunun tam aydın olmadığını bildirir. Məhkəmə hesab edir ki, qətnamənin nəticə hissəsinə “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tələbkar mülkiyyətində olan, Samux şəhərində yerləşən 0.1112 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0725 ha hissəsinin üzərində cavabdeh Borclu tərəfindən inşa edilmiş tikili cavabdehin vəsaiti hesabına sökülsün, həmin tikinti materialları, həmçinin cavabdeh iddiaçıya məxsus, Samux şəhərində yerləşən 0.1112 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın” kimi izah verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi bu barədə ərizə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Həmin Məcəllənin 230.5-ci maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 230, 263-264, 266- 268-cи maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: Tələbkar Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-18/2024 saylı qətnaməsinin izah edilməsi barədə ərizəsi təmin edilsin. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-18/2024 saylı qətnaməsinin nəticə hissəsinə “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tələbkar mülkiyyətində olan, Samux şəhərində yerləşən 0.1112 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0725 ha hissəsinin üzərində cavabdeh Borclu tərəfindən inşa edilmiş tikili cavabdehin vəsaiti hesabına sökülsün, həmin tikinti materialları, həmçinin cavabdeh iddiaçıya məxsus, Samux şəhərində yerləşən 0.1112 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın” kimi izah verilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar