Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-2/2025 23.01.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Borclu iştirakı ilə, Samux rayon İcra və Probasiya şöbəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Samux Rayon İcra və Probasiya Şöbəsinin rəisi cənab X3 təqdimatla məhkəməyə müraciət edərək, Samux Rayon Məhkəməsinin 2(058)-326/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Samux Rayon, Sərkar kənd sakini, Borclu Samux rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Samux Rayon Məhkəməsinin 2(058)-326/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 250 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X2 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi şöbənin icraatına daxil olmuş, icraat başlanılmış, borcluya icraata başlamaq haqqında qərarın surəti və bildirş göndərilmişdir. Borclu şəxsə müxtəlif tarixlərdə rəsmi xəbərdarlıqlar edilmiş, şöbəyə dəvət olunmuş, lakin heç bir səbəb gətirmədən şöbəyə gəlməmişdir. Borclu yaşadığı ünvana gedilsə də lakin həmin ünvanda olmamışdır. Ərazi üzrə sahə müvəkkili tərəfindən borclu ilə fərdi söhbət aparılmış, söhbət zamanı Borclu Samux rayon icra və probasiya şöbəsinə gəlməsi barədə məlumatlandırılmışdır. Bundan sonra borclu heç bir üzürlü səbəb göstərmədən icra və probasiya şöbəsinə gəlməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə əsasən Borclu məcburi qaydada Samux Rayon İcra və Probasiya Şöbəsinə gətirilməsinə dair qərar çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatın təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Təqdimata əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)-326/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, 24 noyabr 2010-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq X2 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu tələbin 10 gün müddətində könüllü icrası xahiş olunmuşdur. Çoxsaylı xəbərdarlıq məktubundan görünür ki, Borclu icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Samux Rayon Məhkəməsinin 2(058)- 326/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini təmin etmə məqsədi ilə Borclu Samux rayonu Sərkar kəndində olan evinə baxış keçirilmiş, borclunun yaşadığı evdə tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərarın surətindən görünür ki, Samux rayonu Sərkar kəndində yaşayan Borclu Samux Rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Samux Rayon Məhkəməsinə daxil olmuş xx.xx.2024-cü il tarixli borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatın surətindən görünür ki, icra haqqında Azərbaycan Respublikasının qanunun 84-1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərarları, əmrləri və vergi qanunlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş, icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il qərardadı ilə Samux Rayon Məhkəməsinin 2(058)-326/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra olunanadək xx.xx.1985-ci ildə Xanlar rayonu, Sərkar kəndində anadan olmuş, Samux rayonu, Sərkar kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsı barədə qərar verilmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Samux Rayon Məhkəməsinin 2(058)- 326/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini təmin etmə məqsədi ilə Borclu Samux rayonu Sərkar kəndində olan evinə gedilsə də qapını açan olmamışdır. Qonşuya Borclu Samux rayon Polis Şöbəsinə getməsi barədə xahiş olunduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İcra haqqında “Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsin əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə getməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 268, 395, 396-cı maddələrini və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1985-ci ildə Xanlar rayonunda doğulmuş, Samux rayonun Sərkar kəndində qeydiyyatda olan Borclu Samux Rayon Məhkəməsinin 2(058)-326/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinin icrası ilə bağlı Samux rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Samux Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №8(058)-2/2025
Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-2/2025
23.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver