Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-25/2025 19.03.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X5 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru Rüfət Kazımov borclular Borclu1, Borclu2 və Borclu3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Samux rayon İcra və probasiya şöbəsinin icra məmuru Rüfət Kazımov borclular Borclu1, Borclu2 və Borclu3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başladığı Samux Rayon Məhkəməsi tərəfindən verilmiş 2(058)- 687/2025 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1975-ci ildə anadan olmuş və ünvan 1i ünvanda qeydiyyatda olan və yaşayan borclular Borclu1, Borclu2 və Borclu3 9180 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Samux rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, qanuna müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclular Borclu1, Borclu2 və Borclu3 göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Həmin müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün icra məmuru tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimata uyğun izahat verdi və məhkəmədən təqdimatın təmin edilməsini xahiş etdi. Tərəflər təqdimatın baxılması vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinin tələbinə əsasən təqdimata, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Samux rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Rüfət Kazımovun izahatını dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru Rüfət Kazımov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başladığı Samux Rayon Məhkəməsi tərəfindən verilmiş 2(058)- 687/2025 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1975-ci ildə anadan olmuş və ünvan 1i ünvanda qeydiyyatda olan və yaşayan borclular Borclu1, Borclu2 və Borclu3 9180 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Samux rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmiş, lakin həmin müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə iclasında müəyyən olundu ki, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-687/2024 nömrəli icra vərəqəsinə əsasən, borclular Borclu1, Borclu2 və Borclu3 könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməmişlər. İcra sənədinin vaxtında borclu tərəfindən icra edilməməsi, onun Azərbaycan Respublikası ərazisini tərk etmək ehtimalının olması və bunun nəticəsində icra sənədinin icrasız qalmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, borclular Borclu1, Borclu2 və Borclu3 ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədini tam icra edənədək məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84- 1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Borclu xx.xx.1975-ci ildə Göygöl rayonu, Çobanabdallı kəndində anadan olmuş Borclu1, xx.xx.1979-cu ildə Gəncə şəhərində anadan olmuş Borclu3 və xx.xx.2001-ci il tarixdə Çobanabdallı kəndində anadan olmuş Borclu2 qızının ölkədən getmək hüququ müvəqqəti, yəni Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-687/2025 nömrəli icra sənədini tam icra edənədək məhdudlaşdırılsın. Qərardadan həmin qərardad rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №8(058)-25/2025
Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-25/2025
19.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver