Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-32/2024 16.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X4 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-890/2023 nömrəli icra sənədinin icrası ilə bağlı Borclu Samux rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməsinə dair Samux rayon İcra və probasiya şöbəsinin icra məmuru Şamxal Məmmədovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Samux rayon İcra və probasiya Şöbəsinin icra məmuru Şamxal Məmmədov məhkəməyə təqdimatla müraciət edərək, Borclu Samux rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Samux rayon İcra və probasiya şöbəsinin icra məmuru Şamxal Məmmədov bildirdi ki, borclu şəxsə müxtəlif tarixlərdə rəsmi xəbərdarlıqlar edilmiş, şöbəyə dəvət olunmuş, lakin heç bir səbəb gətirmədən şöbəyə gəlməmişdir. Borclunun hazırki tarixə ödənilməmiş 528 manat aliment borcu yaranmışdır. Borclu yaşadığı ünvana gedilsə də, lakin həmin ünvanda olmamış, ərazi üzrə sahə müvəkkili tərəfindən Borclu ilə fərdi söhbət aparılmış, söhbət zamanı borclu Samux rayon İcra və probasiya şöbəsinə gəlməsi barədə məlumatlandırılmış, lakin borclu heç bir üzrlü səbəb göstərmədən icra və probasiya şöbəsinə gəlməmişdir. Məhkəmədən borclunun məcburi gətirilməsinə dair qərardad çıxarılmasını xahiş etdi. Təqdimata baxılması barədə iş üzrə borclu və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyi barədə məhkəməyə məlumat verməmişlər və təqdimata onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata iş üzrə borclu və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilmiş Samux rayon İcra və probasiya şöbəsinin xx.xx.2023cü il tarixli “borclunun məcburi gətirilməsi haqqında” qərarından görünür ki, Borclu məcburi qaydada Samux rayon İcra və probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar olaraq Borclu Samux rayon İcra və probasiya şöbəsinə məcburi qaydada gətirilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağrışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268, 395-396-cı maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1991-ci il tarixdə anadan olmuş Borclu Samux rayon İcra və probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardaddan 10 gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №8(058)-32/2024
Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-32/2024
16.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver