Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-33/2024 16.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, Samux Rayon Sərkar kəndində yaşayan Cavabdeh tərəfindən verilmiş “əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi” barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(058)18/2025 saylı qərardadına əsasən ona məxsus Samux rayonu, Sərkar kəndində yerləşən 02502 ha torpaq sahəsinin, (xx.xx.2022-ci il tarixli, **********70 reyestr nömrəli çıxarış), Samux rayonu, Sərkar kəndində yerləşən 0.27ha torpaq sahəsinin (xx.xx.2022-ci il tarixli, **********81 reyestr nömrəli çıxarış), $amıx rayonu, Sərkar kəndində yerləşən 2.74ha torpaq sahəsinin (xx.xx.2022-ci 11 tarixli, **********59 reyestr nömrəli çıxarış), Samux rayonu, Sərkar kəndində yerləşən 1.0 ha torpaq sahəsinin (xx.xx.2022-ci il tarixli, **********20 reyestr nömrəli çıxarış), Samux rayonu, Sərkar kəndində yerləşən 0,94 ha torpaq sahəsinin (xx.xx.2022-ci il tarixli, **********03 reyestr nömrəli çıxarış) üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 müvəqqəti təminat barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyətində olan Samux rayonu, Sərkar kəndində yerləşən 0,2502 ha torpaq sahəsinin, (xx.xx.2022-ci il tarixli, **********70 reyestr nömrəli çıxarış), Samux rayonu, Sərkar kəndində yerləşən 0,27 ha torpaq sahəsinin (xx.xx.2022-ci il tarixli, **********81 reyestr nömrəli çıxarış), Samux rayonu, Sərkar kəndində yerləşən 2.74 ha torpaq sahəsinin (xx.xx.2022-ci il tarixli, **********59 reyestr nömrəli çıxarış), Samux rayonu, Sərkar kəndində yerləşən 1.0 ha torpaq sahəsinin (xx.xx.2022-ci il tarixli, **********20 reyestr nömrəli çıxarış), Samux rayonu, Sərkar kəndində yerləşən 0,94 ha torpaq sahəsinin (xx.xx.2022-ci il tarixli, **********03 reyestr nömrəli çıxarış) üzərinə həbs qoyularaq daşınmaz əmlaklar barədə sərəncam verilməsini Cavabdeh və digər şəxslərə iş üzrə yekun məhkəmə qərarı çıxanadək qadağan edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həmin daşınmaz əmlaklar birgə nikah dövründə əldə edilmişdir və hazırda o, məhkəməyə birgə nikah dövründə əldə edilmiş əmlak tələbinə dair iddia qaldırmışdır. Odur ki, həmin əmlakların üzərinə həbs qoyulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(058)-18/2023 saylı qərardadı ilə ərizəçi X1 ərizəsi təmin edilərək Samux rayonu, Sərkar kəndində yerləşən 0,2502 ha torpaq sahəsinin, (xx.xx.2022-ci il tarixli, **********70 reyestr nömrəli çıxarış), Samux rayonu, Sərkar kəndində yerləşən 0,27 ha torpaq sahəsinin (xx.xx.2022-ci il tarixli, **********81 reyestr nömrəli çıxarış), Samux rayonu, Sərkar kəndində yerləşən 2.74ha torpaq sahəsinin (xx.xx.2022-ci il tarixli, **********59 reyestr nömrəli çıxarış), Samux rayonu, Sərkar kəndində yerləşən 1.0 ha torpaq sahəsinin (xx.xx.2022-ci il tarixli, **********20 reyestr nömrəli çıxarış), Samux rayonu, Sərkar kəndində yerləşən 0,94 ha torpaq sahəsinin (xx.xx.2022-ci il tarixli, **********03 reyestr nömrəli çıxarış) üzərinə həbs qoyulsun və yekun məhkəmə qərarı çıxarılanadək torpaq sahələrinin barəsində sərəncam verilməsi qadağan edilməsi qərara alınmışdır. Hazırda qeyd edilən əmlak üzərinə həbs qoyulmasına əsas olan hallar aradan qalxmışdır. Belə ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-5459/2023 saylı qərardadı ilə X2 ilk iddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş üzrə tərəflər arasında bağlanılmış barışıq sazişi təsdiq edilmişdir. Bundan başqa, iddiaçı X1 cavabdehlər Cavabdeh və X3 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Samıx rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-1322/2023 saylı qərardadı ilə iddiaçının iddiadan imtinası ilə əlaqədar xitam verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)- 1322/2023 saylı qərardadın surətindən görünür ki, iddiaçı X1 cavabdehlər Cavabdeh və X5 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilərək və iş üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-5459/2023 saylı qərardadın surətindən görünür ki, cavabdeh (qarşılıqlı iddiaçı) X2 ilk iddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilmişdir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Məhkəmə hesab edir ki, Cavabdeh məxsus, ərizdə sözügedən torpaq sahələrinin üzərində həbs qoyulması üçün əsas olmuş hal aradan qalxdığından ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(058)-18/2023 saylı qərardadı ilə Cavabdeh məxsus olan Samux rayonu, Sərkar kəndində yerləşən 0,2502 ha torpaq sahəsinin, (xx.xx.2022-ci il tarixli, **********70 reyestr nömrəli çıxarış), Samux rayonu, Sərkar kəndində yerləşən 0.27 ha torpaq sahəsinin (xx.xx.2022-ci il tarixli, **********81 reyestr nömrəli çıxarış), Samıx rayonu, Sərkar kəndində yerləşən 2.74 ha torpaq sahəsinin (xx.xx.2022-ci il tarixli, **********59 reyestr nömrəli çıxarış), Samux rayonu, Sərkar kəndində yerləşən 1.0 ha torpaq sahəsinin (xx.xx.2022-ci il tarixli, **********20 reyestr nömrəli çıxarış), Samux rayonu, Sərkar kəndində yerləşən 0,94 ha torpaq sahəsinin (xx.xx.2022-ci il tarixli, **********03 reyestr nömrəli çıxarış) üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №8(058)-33/2024
Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-33/2024
16.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver