Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-34/2024 10.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, tələbkar Məhərrəmova (Budaqova) Aynur Qulu qızının iştirakı ilə, Samux rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi” barədə təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu Şamxal Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus VAZ 2106 MİNİK” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Samux Rayon Məhkəməsinin 2(058)-737/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 300 manat sabit pul məbləğində aliment tutularaq Məhərrəmova (Budaqova) Aynur Qulu qızının xeyrinə ödənilməsinə dair icra vərəqəsi xx.xx.2023-cü il tarixdə Samux Rayon İPŞ-ın icraatına daxil olmuşdur. Qanuna müvafiq məcburi icra tədbirləri aparılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron İcra” informasiya Sistemindən əldə olunan məlumatdan göründüyü kimi Borclu aid “VAZ 2106 MİNİK” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmiş, həmin avtomobilin borcun ödənilməsi üçün üzrərinə həbsin qoyulması barəsində xx.xx.2023-cü il tarixli təqdimat baxılması üçün Samux Rayon Məhkəməsinə verilmiş, məhkəmənin 8(058)- 94/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə “VAZ 2106 MİNİK” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və qiymətləndirilməsi üçün mütəxəssisin dəvət edilməsinə dair qərar qəbul edilərək aidiyyatı üzrə göndərilmişdir. Nəticədə Borclu icra sənədi üzrə olan borcunu xx.xx.2024-cü il tarixdə tam şəkildə ödəmişdir. Borclu məxsus “VAZ 2106 MİNİK” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsinə dair qərardad çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən tələbkar Məhərrəmova (Budaqova) Aynur Qulu qızı bildirdi ki, Borclu borcunu tam şəkildə ödəmiş, ona məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə razıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tələbkarın izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)-737/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, X5 ilə Borclu arasında 05 noyabr 2013-cü il tarixli 1085 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin yetkinlik yaşına çatmamış uşaqları 16 avqust 2014-cü il tarixdə doğulmuş X7 və 30 may 2019-cu il tarixdə doğulmuş X6 iddiaçı X1 yanında qalması, cavabdeh Borclu 16 avqust 2014-cü il tarixdə doğulmuş X3 və 30 may 2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə sabit pul məbləği ilə 150 (yüz əlli) manat aliment tutularaq X4 verilməsi, alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən hesablansı qət edilmişdir. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 8(058)-94/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu “VAZ 2106 MİNİK” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Borcluya məxsus olan əmlakın üzərinə həbs qoyulması icra sənədinin icrası ilə bağlı olmuşdur. Hazırda icra məmuru təqdimatla müraciət edərək Borclu tərəfindən icra sənədi üzrə borc tam şəkildə ödənildiyindən ona məxsus “VAZ 2106 MİNİK” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən tələbkar Məhərrəmova (Budaqova) Aynur Qulu qızı Borclu borcu tam şəkildə ödədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, əmlak üzərinə həbsin qoyulmasına əsas olmuş, icra sənədi üzrə borc borclu tərəfindən tam şəkildə ödənildiyindən təqdimat əsaslı olmaqla təmin olunmalı, Borclu məxsus olan “VAZ 2106 MİNİK” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Samux Rayon Məhkəməsinin 8(058)-94/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu məxsus olan “VAZ 2106 MİNİK” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №8(058)-34/2024
Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-34/2024
10.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver