Məhkəmə qərarları › İş №8(058)-35/2024

Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-35/2024

16.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-35/2024 16.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, Samux rayon İcra və Probasiya şöbəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Şamxal Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-282/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Samux Rayon, Köbər kənd sakini, Borclu Samux rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 282/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclular X2 1112 manat məbləğində pul, Borclu 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməsi qət edilmişdir. Borclu müxtəlif tarixlərdə rəsmi xəbərdarlıqlar edilmiş, şöbəyə dəvət olunmuş, lakin heç bir səbəb gətirmədən şöbəyə gəlməmişdir. Borclu bu günki tarixə ödənilməmiş 375 manat aliment borcu yaranmışdır. Borclu yaşadığı ünvana gedilsə də lakin həmin ünvanda olmamışdır. Ərazi üzrə sahə müvəkkili tərəfindən borclu ilə fərdi söhbət aparılmış, söhbət zamanı Borclu Samux Rayon İcra və Probasiya Şöbəsinə gəlməsi barədə məlumatlandırılmışdır. Bundan sonra borclu heç bir üzürlü səbəb göstərmədən Samux Rayon İcra və Probasiya şöbəsinə gəlməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə əsasən Borclu məcburi qaydada Samux Rayon İcra və Probasiya Şöbəsinə gətirilməsinə dair qərar çıxarılması xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Təqdimata əlavə edilmiş Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 282/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Borclu 21 avqust 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 14 oktyabr 2020-ci il tarixdən başlayaraq, hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq X4 ödənilməsi, alimentin hesablanması zamanı Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3678/2020 saylı, 17 noyabr 2020-ci il tarixli qərardadına əsasən tutulan müvəqqəti alimentin məbləği nəzərə alınması qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu tələbin 10 gün müddətində könüllü icrası xahiş olunmuşdur. İş materiallarında olan xəbərdarlıqlardan görünür ki, Borclu icra sənədini icra etmədiyi təqdirdə qanuna müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İcra haqqında “Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsin əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə getməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 268, 395, 396-cı maddələrini və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1983-cü ildə Samux rayonun Lüksemburq kəndində doğulmuş, Samux rayonu Köbər kəndində qeydiyyatda olan Borclu Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-282/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Samux rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Samux Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar