Məhkəmə qərarları › İş №8(058)-36/2024

Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-36/2024

30.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-36/2024 30.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X5 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux rayon İcra və probasiya şöbəsinin rəisi X3, Borclu iştirakı ilə, Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru Rüfət Kazımov Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Samux rayon İcra və probasiya şöbəsinin icra məmuru Rüfət Kazımov Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-171/2024 nömrəli icra vərəqəsinə əsasən, Borclu hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 150 manat sabit pul məbləğində aliment tutularaq, X1 xeyrinə ödənilməlidir. Məhkəmə iclasında Samux rayon İcra və probasiya şöbəsinin rəisi Asiman Quliyev təqdimata uyğun izahat verərək bildirdi ki, icra sənədi xx.xx.2024-cü il tarixdə icra söbəsinə daxil olmuş və tələbin könüllü icra edilməsi üçün borcluya 10 gün vaxt verilmişdir. Nəticə olaraq borclu tələbkara olan borcunu ödəməmişdir. Bundan əlavə borcluya borcun ödənilməsi ilə əlaqədar xəbərdarləqlar edilməsinə baxmayaraq hazırkı vaxtadək borcunu qərəzli olaraq ödəməkdən boyun qaçırır. Borclu tələbkar X2 475 manat aliment borcu qalmışdır. Bundan əlavə borcunun əmlakı hesabına tələbin ödənilməsi üçün müvafiq dövlət orqanlarına sorğular verilmiş, borcunun adına daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu bildirdi ki, onun tələbkar X2 475 manat aliment borcu qalmışdır. O, avto-yuma məntəqəsində işləyir, hər ay borcundan hissə-hissə ödənişlər edir. Uşağı ilə o, görüşmək istəyir. O, uşağını tələbkardan alacaq və bu barədə məhkəməyə müraciət edəcəkdir. Məhkəmədən təqdimatın təmin olunmamasını xahiş etdi. Məhkəmə təqdimatı və təqdimata əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Samux rayon İcra və probasiya şöbəsinin icra məmuru Rüfət Kazımov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə icra söbəsinə daxil olmuş və tələbin könüllü icra edilməsi üçün borcluya 10 gün vaxt verilmişdir. Nəticə olaraq borclu tələbkara olan borcunu ödəməmişdir. Bundan əlavə ona borcun ödənilməsi ilə əlaqədar xəbərdarləqlar edilməsinə baxmayaraq bu günə kimi borcunu qərəzli olaraq ödəməkdən boyun qaçırır. Beləki, Borclu bu günə tələbkar X2 475 manat aliment borcu qalmışdır. Bundan əlavə borcunun əmlakı hesabına tələbin ödənilməsi üçün müvafiq dövlət orqanlarına sorğular verilmiş, borcunun adına daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Borclu qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində məhkəmə qərarını icra etməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə iclasında müəyyən olundu ki, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-171/2024 nömrəli icra vərəqəsinə əsasən, Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İcra sənədinin vaxtında borclu tərəfindən icra edilməməsi, onun Azərbaycan Respublikası ərazisini tərk etmək ehtimalının olması və bunun nəticəsində icra sənədinin icrasız qalmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədini tam icra edənədək məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84- 1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Borclu xx.xx.1998-ci ildə anadan olmuş Borclu ölkədən getmək hüququ müvəqqəti, yəni Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-171/20243 nömrəli icra sənədini tam icra edənədək məhdudlaşdırılsın. Qərardaddan 10 gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar