Məhkəmə qərarları › İş №8(058)-39/2024

Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-39/2024

08.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-39/2024 08.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Şamxal Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Samux Rayon Məhkəməsinin 2(058)-941/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Samux Rayon, Ağasıbəyli kənd sakini, borclu Cavabdeh Samux Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Samux Rayon Məhkəməsinin 2(058)-941/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Cavabdeh 500 manat məbləğində pul vəsaiti və 120 manat dövlət rüsumu alınaraq tələbkar X1 xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdehə qərarın könüllü icrası ilə bağlı xəbərdarlıqlar edilmiş, cavabdehin yaşadığı ünvana gedilsə də lakin həmin ünvanda tapmaq mümkün olmamış, şöbəyə rəsmi dəvət edilib çağırılsa da üzürsüz səbəbdən çağırışa gəlməmişdir. İcra sənədi üzrə Cavabdeh Feymur qızının bu günki günə bocu 620 manat təşkil edir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə əsasən borclu Cavabdeh məcburi qaydada Samux Rayon İcra və Probasiya Şöbəsinə gətirilməsinə dair qərar çıxarılması xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Təqdimata əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)-941/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, Cavabdeh X2 bərəsində yaydığı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2023-cü il tarixli, 3-16-16/2-4/1628 nömrəli ekspert rəyində qeyd olunan) məlumatların həqiqətə uyğun olmayan və X2 şərəfini, ləyaqətini ləkələyən yalan məlumatlar hesab edilməsi, Cavabdeh X4 barəsində yaydığı həqiqətə uyğun olmayan məlumatların yalan olduğunu yazılı qaydada təkzib etməsi, mənəvi zərərə görə Cavabdeh 500 (beş yüz) manat pul alınıb X3 verilməsi, Cavabdeh 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumu alınaraq X2 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Cavabdeh tələbin 10 gün müddətində könüllü icrası xahiş olunmuşdur. İş materiallarında olan Samux Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərarından görünür ki, Samux Rayon, Ağasıbəyli kənd sakini, borclu Cavabdehn məcburi qaydada Samux Rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İcra haqqında “Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsin əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə getməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 268, 395, 396-cı maddələrini və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1966-cı ildə Samux rayonun Çobanabdallı kəndində doğulmuş, Samux rayonu Ağasıbəyli kəndində qeydiyyatda olan borclu Cavabdeh Samux Rayon Məhkəməsinin 2(058)-941/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı Samux rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Samux Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar