Məhkəmə qərarları › İş №8(058)-51/2024

Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-51/2024

03.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-51/2024 03.06.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Şamxal Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Samux Rayon Məhkəməsinin 2(058)-120/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Samux Rayon, Sərkar kənd sakini, Borclu Samux Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Samux Rayon Məhkəməsinin 2(058)-120/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 450 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi şöbənin icraatına daxil olmuş, icraat başlanılmış, borcluya icraata başlamaq haqqında qərarın surəti və bildirş göndərilmişdir. Borclu şəxsə müxtəlif tarixlərdə rəsmi xəbərdarlıqlar edilmiş, şöbəyə dəvət olunmuş, lakin heç bir səbəb gətirmədən şöbəyə gəlməmişdir. Borclunun hazırda ödənilməmiş 2250 manat aliment borcu yaranmışdır. Borclu yaşadığı ünvana gedilsə də həmin ünvanda olmamışdır. Ərazi üzrə sahə müvəkkili tərəfindən borclu ilə fərdi söhbət aparılmış, söhbət zamanı Borclu Samux rayon icra və probasiya şöbəsinə gəlməsi barədə məlumatlandırılmışdır. Bundan sonra borclu heç bir üzürlü səbəb göstərmədən icra və probasiya şöbəsinə gəlməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə əsasən Borclu məcburi qaydada Samux Rayon İcra və Probasiya Şöbəsinə gətirilməsinə dair qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Təqdimata əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)-120/2024 saylı, xx.xx.2024cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh Borclu Samux rayonunda X3 doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 atası olması müəyyən edilmiş, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün sabit pul məbəği ilə 150 (yüz əlli) manat cəmi 450 (dörd yüz əlil) manat aliment cavabdeh Borclu tutularaq iddiaçı X6 ödənilməsi, alimentin tutulmasının əvvəli 28 noyabr 2023-cü il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu tələbin 10 gün müddətində könüllü icrası xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Borclu icra sənədi üzrə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutlmuş qaydada məsuliyyətə cəlb olunacağı barədə xəbardarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İcra haqqında “Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsin əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə getməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 268, 395, 396-cı maddələrini və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1978-ci ildə Samux rayonun Sərkar kəndində doğulmuş, Samux rayonu Sərkar kəndində qeydiyyatda olan Borclu Samux Rayon Məhkəməsinin 2(058)-120/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Samux rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Samux Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar