Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-52/2025 28.04.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X9 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, Borclu, X1 iştirakı ilə, Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural İsmayılov Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Samux rayon İcra və probasiya şöbəsinin icra məmuru Tural İsmayılov Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başladığı Samux Rayon Məhkəməsi tərəfindən verilmiş 2(058)- 1030/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1994-cü il tarixdə Samux rayon Sərkar kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olan və yaşayan Borclu qızıl-zinət əşyaları və ya onların dəyəri 9405 manat məbləğində pul vəsaiti və 114 manat dövlət rüsumu tutularaq X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Samux rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəlmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmiş və tələbin yönələ biləcəyi əmlak aşkar edilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 təqdimata uyğun izahat verdi və məhkəmədən təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X5 bildirdi ki, borclu 9405 manat borcundan heç bir ödəniş etməmişdir. təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Borclu bildirdi ki, işləmədiyi üçün borcunu ödəyə bilməmiş, lakin hazırda iş tapmış, aldıqı pulun 50 faizini borcundan ödəyəcəkdir. Məhkəmədən təqdimatın təmin olunmasına etiraz etmədi. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84- 1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Samux Rayon Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(058)-1030/2024 nömrəli icra sənədinə əsasən Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İş materillarına əlavə edilmiş 28 yanvar 2025-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Samux Rayon Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(058)-1030/2024 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. İş materillarına əlavə edilmiş 28 yanvar 2025-ci il tarixli, 25533/2025-23-10-004 nömrəli bildirişdən görünür ki, Borclu tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. İş materillarına əlavə edilmiş 18 fevral 2025-ci il tarixli, 25533/2025 nömrəli xəbərdarlıqdan görünür ki, Borclu borcun ödənilməsi ilə bağlı xəbərdarlıqlar edilmişdir. İcra sənədinin vaxtında borclu tərəfindən icra edilməməsi, onun Azərbaycan Respublikası ərazisini tərk etmək ehtimalının olması və bunun nəticəsində icra sənədinin icrasız qalmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədini tam icra edənədək məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84- 1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Borclu xx.xx.1994-cü ildə Samux rayonu, Sərkar kəndində anadan olmuş Borclu ölkədən getmək hüququ müvəqqəti, yəni Samux Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2(058)-1030/2024 nömrəli icra sənədini tam icra edənədək məhdudlaşdırılsın. Qərardadan həmin qərardad rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №8(058)-52/2025
Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-52/2025
28.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver