Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-53/2025 30.04.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X6 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-18/2024 nömrəli icra sənədinin icrası ilə bağlı Borclu Samux rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməsinə dair Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural İsmayılovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Samux rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural İsmayılov məhkəməyə təqdimatla müraciət edərək, Borclu Samux rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-18/2024 nömrəli icra sənədinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən X2 mülkiyyətində olan, Samux şəhərində yerləşən 0.1112 ha kənd təsərüffatı təyinatlı torpaq sahəsinin 0.0725 ha hissəsinin üzərində cavabdeh Borclu tərəfindən inşa edilmiş tikilinin öz vəsaiti hesabına sökülməsi, həmin tikinti materiallarının, həmçinin cavabdehin həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən Gəncə şəhəri, Kəpəz rayonu ünvan 1 ünvana göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. xx.xx.2025-ci il tarixdə qəbul edilmiş qərar Borclu ünvanında göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasında Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimata uyğun izahat verdi və məhkəmədən təqdimatın təmin edilməsini xahiş etdi. Tərəflər təqdimatın baxılması vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinin tələbinə əsasən təqdimata tərəflərin və təqdimat vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilmiş Samux rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025ci il tarixli “borclunun məcburi gətirilməsi haqqında” qərarından görünür ki, Borclu məcburi qaydada Samux rayon İcra və Probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materillarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-18/2024 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. İş materillarına əlavə edilmiş 30 may 2024-cü il tarixli bildirişdən görünür ki, Borclu tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar olaraq Borclu Samux rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağrışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268, 395-396-cı maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-18/2024 nömrəli icra sənədinin icrası ilə əlaqədar borclu xx.xx.1977-ci il tarixdə anadan olmuş Borclu Samux rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadan həmin qərardad rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №8(058)-53/2025
Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-53/2025
30.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver