Məhkəmə qərarları › İş №8(058)-55/2024

Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-55/2024

13.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-55/2024 13.06.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X6 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şamxal Məmmədov Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şamxal Məmmədov Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-120/2024 nömrəli icra vərəqəsinə əsasən, Borclu 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 450 manat sabit pul məbləğində aliment tutularaq, X2 xeyrinə ödənilməlidir. Məhkəmə iclasında Samux rayon icra və probasiya şöbəsinin icra məmuru Şamxal Məmmədov təqdimata uyğun izahat verdi və təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Borclu və tələbkar təqdimatın baxılması vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinin tələbinə əsasən təqdimata, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə təqdimatı və təqdimata əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Samux rayon İcra və probasiya şöbəsinin icra məmuru Şamxal Məmmədov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə icra şöbəsinə daxil olmuş və tələbin künüllü icra edilməsi üçün borcluya verilmişdir. Nəticə olaraq borclu tələbkara olan borcunu ödəməmişdir. Bundan əlavə ona borcun ödənilməsi ilə əlaqədar xəbərdarləqlar edilməsinə baxmayaraq bu günə kimi borcunu qərəzli olaraq ödəməkdən boyun qaçırır. Beləki, Borclu bu günə tələbkar X3 2250 manat aliment borcu qalmışdır. Bundan əlavə borcunun əmlakı hesabına tələbin ödənilməsi üçün müvafiq dövlət orqanlarına sorğular verilmiş, borcunun adına daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Borclu qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində məhkəmə qərarını icra etməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə iclasında müəyyən olundu ki, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-120/2024 nömrəli icra vərəqəsinə əsasən, Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İcra sənədinin vaxtında borclu tərəfindən icra edilməməsi, onun Azərbaycan Respublikası ərazisini tərk etmək ehtimalının olması və bunun nəticəsində icra sənədinin icrasız qalmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədini tam icra edənədək məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84- 1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Borclu xx.xx.1978-ci ildə anadan olmuş Borclu ölkədən getmək hüququ müvəqqəti, yəni Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-120/2024 nömrəli icra sənədini tam icra edənədək məhdudlaşdırılsın. Qərardaddan 10 gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar