Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-6/2025 07.03.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 və tələbkar X2 iştirakları ilə, Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş “icraatın dayandırlması” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, Samux Rayon Məhkəməsinin 2(058)-43/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icraatının dayandırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Samux Rayon Məhkəməsinin 2(058)-43/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu 500 manat alınaraq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Samux rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərarın surəti, bildirişlə ona borclunun ünvanına göndərilmiş, icra sənədində olan tələbi könüllü olaraq həyata keçirmək üçün “10” gün müddət təklif edilmişdir. Lakin könüllü icra müddətində icra sənədi üzrə tələb borclu tərəfindən təmin edilməmişdir. İcra tədbirləri zamanı Borclu ərazidə olmadığı üçün onun barəsində axtarış qərarı qəbul olunaraq Samux rayon Polis şöbəsinə göndərilmiş və barəsində xx.xx.2023-cü il tarixdə, 810883 saylı axtarış işi açılmışdır. Borclu hazırda axtarışdadır. Hər ay xatırlatma məktubu göndərilməsinə baxmayaraq borclunun yerini müəyyən etmək mümkün olmamışdır. Samux Rayon Məhkəməsinin 2(058)-43/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icraatının dayandırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X6 icar sənədi üzrə icraatının dayandırılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə icra sənədi üzrə tələbkarı və icra məmurunu dinləyib və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Təqdimata əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)-43/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, X3 mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul tutularaq, iddiaçı X5 ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu Samux Rayon Məhkəməsinin 2(058)- 43/2023 nömrəli, xx.xx.2023-cü il il il tarixli icra sənədlərində göstərilən tələblərin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. xx.xx.2023-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu xx.xx.1997-ci ildə Samux rayon Ağasıbəyli kəndində anadan olmuş Borclu barəsində axtarış elan edilmişdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 18.1.5-ci maddəsində qeyd edilir ki, borclu, (onun əmlakı axtarışda olduqda və ya onun uşağı) axtarışda olduqda icraatın dayandırılması mümkündür. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən məhkəmə icra sənədi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi haqında məsələlərə icra məmurunun təqdimatı əsasında Azərbaycan Respublikası MPM-nin 231 - ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya rədd edilməsi barədə qərardad çıxarır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Borclu barəsində Samux Rayon İcra və Probasiya Şöbəsi tətrəfindən axtarış qərarı qəbul olunmuş və Samux Rayon Polis Şöbəsində axtarış işi açılmışdır. Qanunvericiliyin tələbinə əsasən icra sənədi üzrə icraatın dayandırılması mümkün olduğundan ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 18 və 21-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Samux Rayon Məhkəməsinin 2(058)-43/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra Samux Rayon Məhkəməsinin 2(058)-43/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icraatı dayandırılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №8(058)-6/2025
Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-6/2025
07.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver