Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-61/2024 08.07.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, Samux Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimatı və əlavə edilmiş sənədləri araşdıraraq, m ü ə y y ə n e t d i: Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu Şamxal Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-185/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra sənədi üzrə tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə qeyd edir ki, Samux Rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri Asiman Quliyev məhkəməyə ərizə təqdim edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün yaranmış zərurət aradan qalxdığından xx.xx.2024-cü il tarixli təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, təqdimatın geri qaytarılması barədə icra şöbəsindən daxil olmuş müraciəti nəzərə alaraq hesab edir ki, təqdimat geri qaytarılmadır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə q ə r a r a a l d ı: Samux Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şamxal Məmmədov tərəfindən verilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-185/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №8(058)-61/2024
Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-61/2024
08.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver