Məhkəmə qərarları › İş №8(058)-63/2025

Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-63/2025

07.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-63/2025 07.05.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı, X2, Ruslan Həsənovun, Tahir Vəliyevin, Həbib İsayevin, Roman Həsənovun, Vəli Vəliyevin, Akif Şəfiyevin və X5 icra məmuru tərəfindən tətib edilmiş aktın ləğv edilməsi barədə ərizəsini və əlavə edilmiş sənədləri araşdıraraq, m ü ə y y ə n e t d i: X3, Ruslan Həsənov, Tahir Vəliyev, Həbib İsayev, Roman Həsənov, Vəli Vəliyev, Akif Şəfiyev və X7 ərizə ilə məhkəməyə müraciət edərək Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural İsmayılov tərəfindən məhkəmənin müvafiq qərarının icra edilməsinə və icra sənədində sözügedən torpaq sahəsinin tələbkara təhvil verilməsinə dair tərtib etdiyi aktın ləğv edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə, ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib heasb edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, qanunvericilikdə icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı tərtib edilmiş aktdan şikayətin verilməsi və həmin aktın ləğv edilməsinin mümkünlüyü nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə q ə r a r a a l d ı: X2, Ruslan Həsənovun, Tahir Vəliyevin, Həbib İsayevin, Roman Həsənovun, Vəli Vəliyevin, Akif Şəfiyevin və X5 icra məmuru tərəfindən tətib edilmiş aktın ləğv edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova 8(058)-85/2024 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar prosessual hərəkət barədə PROTOKOL xx.xx.2024-cü il Samux şəhəri X1 “borclunun məcburi gətirilməsi” barədə təqdimatın məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxılır. Prosessual hərəkət saat 10:15-də başlandı. Hakim təqdimatı və işə əlavə olunmuş sənədləri nəzərdən keçirərək təqdimatın geri qaytarılması barədə qərardad qəbul etdi. Prosessual hərəkət saat 10:20-də başa çatdı. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar