Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-65/2024 23.07.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X13 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, Samux rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarından borclu X5 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək, müəyyənetdi: X2 nümayəndəsi Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux rayon İcra və Probasiya şöbəsinin rəisi Asiman Quliyevin hərəkətinin qanunsuz hesab edilməsi, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizədə bildirilmişdir ki, iddiaçı X6 cavabdeh Əliyeva (Məmmədova) Günay Mayıl qızına qarşı “miras əmlak barəsində qanun üzrə vərəsəlik hüquqlarının tanınması və miras əmlakdan payların müəyyən edilməsi“ tələbinə dair iddia ərizəsi üzrə Samux Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 2(058)-138/2023 nömrəli qətnaməsindən iddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü tarixli 2(104)-1595/2023 nömrəli, xx.xx.2023-cü tarixli qətnaməsi ilə Samux Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 2(058)-138/2023 nömrəli mülki iş üzrə qətnaməsi mübahisələndirilən-iddianın təmin edilməmiş, X1 miras qalmış Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış evindən miras payların müəyyən edilməməsi hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilməklə, irəli sürülən iddia tələbi həmin hissədə qismən təmin edilsin. X1 miras qalmış Samux rayonunun Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış evindən ibarət olan miras əmlakın 1/4 hissəsi üzərində X6, 1/4 hissəsi üzərində Əliyeva (Məmmədova) Günay Mayıl qızının, 1/4 hissəsi üzərində X4 və 1/4 hissəsi üzərində X7 miras payları müəyyən edilmişdir. şikayətinə heç bir münasibət bildirmədən 06 aprel 2023-cü il tarixli qətnaməsi əsasında icra sənədi verilmişdir. Həmin icra sənədi Samux rayon İcra və probasiya şöbəsinin rəisi Asiman Quliyevin icraatına daxil olmuşdur. Bundan sonra, xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, 10 gün müddətində tələbin könüllü icrası haqqında bildirişlə birlikdə həmin qərar poçt vasitəsilə borcluya göndərilmişdir və xx.xx.2024-cü il tarixdə daxil olur. Hesab edir ki, icra məmurunun hərəkətləri qanunsuzdur. Belə ki, sənədlərdən göründüyü kimi, iddia tələbi miras əmlakın paylara bölünməsi xarakteri daşıyır. Əmlakın məhkəmə tərəfindən naturada bölünməsi müəyyən edilməmişdir. Belə olan halda borclunun icra sənədi üzrə hər hansı halların icra olunması (istər könüllü, istərsə də məcburi) mümkün deyildir. Hesab edir ki, həmin qərar əsassızdır, qanuna söykənmir və belə olan halda ləğv olunmalıdır. Odur ki, məhkəmədən Samux rayon İcra və Probasiya şöbəsinin rəisi Asiman Quliyevin hərəkətinin qanunsuz hesab edilməsi, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə dair müvafiq qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, şikayəti hüququ olmayan şəxs tərəfindən verildiyindən geri qaytarılmalıdır. İş materiallarında olan Samux rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Gəncə Apellasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-1595/2023 nömrəli icra sənədi üzrə icraata başlama qərara alınmışdır. İş materiallarında olan Samux rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli bildirişin sürətindən görünür ki, Borclu Gəncə Apellasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(058)-1595/2023 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımı qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 74-cü maddəsinə əsasən, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İş materiallarından göründüyü kimi Nümayəndə iş üzrə X2 nümayəndəsi olmasına dair məhkəməyə Rusiya Federasiyasında verilmiş və Azərbaycan dilinə tərcümə edilmiş etibarnamənin surətini təqdim etsə də, etibarnamə və müvafiq təstiq olunmuş sənədlə bilrlikdə əslini məhkəməyə təqdim etməmişdir. Bundan başqa etibarnamədə nümayəndənin məhkəmə prosesində iştirak etmək və qərarlardan şikayət etmək hüququ qeyd edilməmişdir. Belə olduğu halda şikayət verən şəxsin qeyd edilən qərardan şikayət verməsi istisna olunur. Məhkəmə hesab edir ki, şikayət hüququ olmayan şəxs tərəfindən verildiyindən geri qaytarılmalıdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Samux rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarından Nümayəndə tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №8(058)-65/2024
Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-65/2024
23.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver